Bölgə

Yollardakı minaların təmizlənməsi ilə bağlı AÇIQLAMA: Tərtərdən Suqovuşanadək…

Sharing is caring!

“Artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi işləri görülür. Yolun 10 kilometrindən səkkiz kilometri təmizlənib”.

XəbərAl.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov mətbuat konfransda bildirib.

O qeyd edib ki, yaxın iki-üç gün ərzində Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi başa çatacaq:

“Xudafərin körpüsü ətrafında iki ədəd partlamamış hərbi sursat aşkar edilib. Hazırda yaşayış məntəqələrində, işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması və əhali arasında maarifləndirmə işi aparılması yönündə çalışılır.

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan təmizlənilməsi əməliyyatı davam edir. 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, altı ədəd tank əleyhinə minanın partladıcısı, altı ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir