Bölgə

Şirvan Səhiyyəsində Kamil Əhmədov Bəlası yola salınır – Nazirlik belə istəyir

Sharing is caring!

Xəbəral.az xəbər verir ki,regionlarda rayon/şəhər mərkəzi xəstəxanaları ilə müalicə-diaqnostika mərkəzlərinin birləşdirilməsi tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlıq səviyyəsini artırmaq və xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) qərarı ilə eyni minvalla Şirvan şəhər Mərkəzi Xəstəxanası  rayondakı  bir neçə  səhiyyə müəssisəsi ilə birlikdə  “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə çevrilib.
Qeyd edək ki, bu ilin noyabrında “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru İlham Mustafayevə qarşı cinayət işi açılıb və o vəzifəsindən azad edilib, sonra isə  “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsinə “dolayı yolla” Kamil Əhmədov  təyin olunub.
Xəbəral.az– a verilən məlumata görə, neçə illər imiş ki, bu vəzifəyə Kamil Əhmədov  göz dikibmiş.
Kamil Əhmədov  əvvəllər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ,sonradan Müalicə Diaqnostika Mərkəzinin direktorunun müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.
Lakin Şirvan sakinlərindən bir neçəsinin bildirdiyinə görə ixtisasca  anestizioloq-reanimatoloq  olan Kamil Əhmədov  təyinat almaqdan ötrü səhiyyə işçiləri üçün tələb olunan  sertifikasiya imtahanından belə keçməyib.
Bundan başqa Şirvan sakinləri onun bu vəzifəyə təyin olunmasına narazıçılıq  edərək deyirlər ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasına cavan kadrlara üstünlük vermək lazımdır, Kamil Əhmədovun isə 60-yaxın yaşı var və 15 il ərzində  səhiyyə sistemində özünü yaxşı göstərməyib.
Sakinlər həmçinin bildirirlər ki, rayonda kifayət qədər yerli  cavan kadrlar var ki, onların potesialından istifadə edərək  yerli səhiyyənin səviyyəsini qaldırmaq olardı.
Yeri gəlmişkən, Şirvan sakinlərinin Kamil Əhmədov barəsində danışdıqlarını eşidəndə yadımıza məşhur “Ulduz” filmi düşdü. Deyir, “6 ay onunla evli olmuşam, 6 ildir tüstüsü təpəmdən çıxır”. İndi Kamil Əhmədov da təqribən 6 aydır ki, Mərkəzi şəhər Xəstəxanasının direktorudur, artıq yerli sakinlər onun adı gələndə “yaxalarını dartıb, “dad-aman” edirlər”.
Rüşvət, korrupsiya bu xəstəxanada tüğyan edir.
İndi sual yaranır, ən azından sertifikasiya imtahanından belə keçə bilməyən, işində ciddi nöqsanlara – hətta qanun pozuntusuna yol verən işçisini müdafiə edən, üstəlik insanlarla normal ünsiyyət qurmağı bacarmayan, kobud davranışları ilə vətəndaşları boğaza yığan Kamil Əhmədov hansı “keyfiyyətləri” ilə bu cür məsul vəzifədə çalışır?
Belə çıxır ki, Şirvan sakinləri Kamil Əhmədova get deyir, Əhmədov isə bundan sonra bir neçə il, Şivanlıların cibini soymaq istəyir!

Əldə etdiyimiz məlumata görə, Kamil Əhmədov noyabr ayında yola salınır. Onun bu işdə qalıb qalmamağı sual altındadır?!

Xəbəral.az-ın məlumatına görə, bir müddət əvvəl sosial media da Kamil Əhmədovun həkimlərin bonslarını əldə etməsi ilə bağlı sil-silə yazılar dərc olunurdu.



Mövzuya qayıdacağıq!
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir