Bölgə

“Azərbaycan Qadınlarının Haqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin Şamaxı şəhərində Layihəsinin təqdimat mərasimi keçirilmişdir – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə, Şamaxı şəhərində fəaliyyət göstərən “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyinin tərkibində sağlamlıq İmkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzi yaradılmışdır.

Bir neçə gün öncə Şamaxı şəhərində fəaliyyət göstərən “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyinin rayon ictimayyətinə təqdimat mərasimi keçirilmişdir.

Təqdimat da ilk öncə dövlət himini səslənib, Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Təqdimat mərasimində Şəhid valideyinləri, Qarabağ Qaziləri, rayon ziyalıları çıxış edərək, mərkəzin fəaliyyətini yüksək qiymətləndirmişlər. Çıxış edənlər Şamaxı şəhərində fəaliyyət göstərən “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyinin gələcək də nəinki, rayon əhalisini, hətta yaxın rayonlarıda əhatə edəcəyini qeyd etmişdilər.

Nəzərinizə çatdıraq ki, bu cür mərkəz Şamaxı şəhərində ilk dəfə fəaliyyət göstərir. Əhaliyə xidmət tam ödənişsizdir.

Xəbəral.az-ın məlumatına görə, Mərkəzə cəlb olunan uşaqlara xüsusi diqqət , qayğı və təlim məşğələləri keçiriləcəkdir. Mərkəz fəaliyyətə başladığı tarixdən Şamaxı və yaxın kəndlərdən ailələr müraciət edirlər. Göstərilən xidmətlərin hər biri pulsuz həyata keçirilir. Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yaradılan mərkəzdə Şamaxı şəhərindən olan 100 nəfər sağlamlıq imkanları məhdud uşaq sosial xidmətlərə cəlb olunacaqdır.

Mərkəzdə ixtisaslı mütəxəssislər xidmət göstərir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.