Bölgə

Xəstə “həkim” Vüqar Şükürov. ŞÜKÜROVLARDAN NÖVBƏTİ ŞOK FAKT – FOTOFAKT

Sharing is caring!

Xəbəral.az saytının Şükürovlar barədə araşdırmaları davam etməkdədir.

Bu araşdırma yazılarımızın cavabı olaraq, bizə qarşı, saxta profillər, söyüş dolu təhdidlər, üstümüzə gələn bəzi, “vətənşüənlər”in mövqeyi hamımıza məlumdur. Bunların məqsədi Şükürovları Cəlilabadlılara iş görən kimi sırayıb, rayonda təxribat yaratmaqdır.İnandıraq sizi yazılarımıza təhdid dolu rəy yazanların əksəriyyəti,həyatda öz mövqeyi olmayan, iş yerlərindən saxtakarlığa görə qovulan, öz valideyinləri ilə küsülü olan, evdə ailə də hörməti olmayan, Şükürovları müdafiə etmək kimi özlərini göstərən savadsız qədirbilməzlərdir.

Xəbəral.az – a Cəlilabad rayonundan verilən məlumata görə, özlərini insanlara “vətənşüvən” kimi sırayanların çoxunun həyat yoldaşları bu dövlətdən aylıq məvaciblə ailələrinə pul aparır. Rayonda məktəblərdə digər dövlət idarələrində çalışırlar.

Bəs bunlar nədən narazıdır? Hakimiyyətdən, dövlətdən nə istəyirlər?Guya bunlar Cəlilabad əhalisini düşünür?Öz verdiyimiz suala oxucu dili ilə, özümüz cavablayaq: Bu adamlar qarşıdurma yaratmağa meyilli, sifariş yerinə yetirən, sağlam mübarizə aparmaqdan uzaq, ağzı söyüşlü, təhqir etməkdən həzz alan, az sayda saxta profillə özlərini çox göstərmək istəyən, insanlar arasında çaşqınlıq yaradanlardır.Saxta profillərlə bir neçə gündür Xəbəral.az saytının ünvanına nalayiq təhqirlər gəlməkdə davam edir.

Təbii ki, bu cür təhqirlərin cavabı bizlər tərəfindən rəsmi qayda da veriləcəkdir.

Qeyd etmək Nəzərinizə çatdıraq ki, saxta profillərin əksəriyyəti, məhz Şükürovlara aiddir.

Saxta profillərlə bağlı mövzuya daha geniş qayıdacağıq!

Keçək əsas məsələyə.

Deməli qardaşlardan özünü tibb sahəsində professor xəyal edən Vüqar Şükürov sən demə özü ağır diaqnozlu xəstəlikdən əziyyət çəkirmiş (foto fakt).

Hər halda əldə etdiyimiz fakt bunu deyir. Ya bu “vətənpərvər qardaşlar” hərbidən o qədər qorxurlar ki, yayınma yolunu saxta diaqnozla həyata keçiriblər, ya da ki, həqiqətən xəstədirlər. Yaxşı, onda “həkim” qardaş Vüqar Şükürov xəstədirsə, necə “həkimlik” edir? Bəlkə “həkim” fəaliyyətinin kökü saxta diploma əsaslanır? Bu diplomu da araşdırmamız lazım olacaq. Necə deyərlər bu xəmir hələ deyəsən çox su aparacaq. Şükürovlar deyəsən macəra dolu həyat hekayələri ilə zəngindirlər. Maraqlıdır, bu boyda saxtakarlığı olan adamlar gizlənmək əvəzinə özlərini reklamla məşğuldurlar. Ancaq belə düşüncəli “həkim” özünü bütün xəstəliklərin müalicəsində mütəxəssis hesab edib reklam verə bilər. Bu adamlar pula necə hərisdirlərsə, xalqın canını oyuncaq edib, xalqı məhv etməkdən belə çəkinmirlər. Hələ cinayət məsuliyyətindən kimə arxayın olub yayınırlar sözün düzü bizə qaranlıq qalıb. Çünki saytımıza daxil olan daha bir məlumata görə hər kəsi xüsusilə də onlar bu cinayət tərkibli hərəkətlərini işıqlandıranları hədə-qorxu ilə təhdid edirlər. Hətta birinin evinin qıfılını qırmaqla, ailəsini, azyaşlı uşaqlarını qorxu içində saxlamaqdan çəkinmirlər. Belə çıxır, bunlar mafiya tərəfdarları ilə əlbirdirlər. Belə getsə, Şükürovlar haqqında çox maraqlı araşdırmalarımız olacaq.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Fotolar və yazının müəyyən hissəsi Vətəninfo.az -a aiddir

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.