Bölgə

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov vətəndaşların növbəti qəbulunu keçirib

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 10 iyun 2022-ci il tarixdə vətəndaşların növbəti qəbulunu keçirilib. RİH başçısı Vətən müharibəsi qazilərini, müharibə iştirakçılarını və bir qrup rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Vətəndaşları dinləyən RİH başçısı müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi üçün qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Rayon sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.