Bölgə

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Zəylik kəndində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Mayın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Zəylik kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, təhsil, mədəniyyət, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə Əhəd Abıyev Prezident cənab İlham Əliyevin vətəndaşların qəbulu ilə bağlı tapşırıq və tövsiyələrinə əsasən kənd sakinlərinin müraciətlərini dinləmək, vətəndaşları narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə səyyar qəbulların rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq aparıldığını vurğulayıb, Daşkəsəndə görülməsi nəzərdə tutulan işlərdən danışıb.
RİH-nin başçısı çıxışında Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın abadlaşdırılmasından və Prezident cənab İlham Əliyevin 10 may 2022-ci il tarixli Şuşa səfəri barəsində söhbət açıb.
Sonra Zəylik kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər kənddə tibb məntəqəsinin, Quşçu-Zəylik avtomobil yolunun təmiri, qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi və şəxsi problemlər barəsində olub.
Əhəd Abıyev sakinləri narahat edən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini edilib, müraciətlərin bir qismi də araşdırılması üçün nəzarət götürülüb.
Zəylik kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.