Bölgə

Şəki sakini laqunda ilə özünə xəsarət yetirib

OLYMPUS DIGITAL CAMERA

Şəkidə 59 yaşlı kişi ehtiyatsızlıqdan laqunda ilə özünə xəsarət yetirib.

APA-nın məlumatına görə, iyulun 5-də axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1960-cı il təvəllüdlü Fərhad Mahmud oğlu Səlimov döş qəfəsinin kəsilmiş-cırılmış yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bildirilir ki, F.Səlimov axşam saatlarında yaşadığı evin həyətyanı sahəsində laqunda ilə ağac budayan zaman ehtiyatsızlıqdan döş qəfəsinin sağ nahiyəsinə xəsarət yetirib. F.Səlimova lazımi tibbi yardım göstərilib, müayinə və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.