Goranboyda badbəxt hadisə olub.
Xeberal.az-nın məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini, 48 yaşlı Aslan Gülməmmədlinin idarə etdiyi avtomobilin yanacağı yolda qurtarıb. O, benzin almağa gedən zaman ehtiyatsızlıq nəticəsində körpüdən yıxılıb. 48 yaşlı kişi dərhal xəstəxanaya aparılıb.
Onun vəziyyəti ağır olduğundan Reanimsaiya şöbəsinə yerləşdirilib.