Quba-Nugədi yolunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Səhiyyə Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, yol qəzasında 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyəti orta ağırdır.
Bu gün Keşlə qəsəbəsi, “Çerment körpüsü” kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub. XəbərAl.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti kritikdir.
Bakıda bıçaqlanma olub. Xeberal.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Şəhər sakini Kamran Quliyev tanışı Teymur Tağızadəni aralarında yaranmış münaqişə zəminində bıçaqlayıb. Araşdırma aparılır. Xeberal.az