Bölgə

“Sumqayıt doğma evimizdir, onu nümunəvi şəhərə çevirmək hər birimizin borcudur!” — Bu çağırış, gənclər şəhərində aparılan abadlaşdırma və təmir işlərinə yeni bir ahəng qatıb — FOTO-VİDEO FAKTLAR

Sharing is caring!

“Sumqayıt doğma evimizdir, onu nümunəvi şəhərə çevirmək hər birimizin borcudur!” — Bu çağırış, gənclər şəhərində aparılan abadlaşdırma və təmir işlərinə yeni bir ahəng qatıb — FOTO-VİDEO FAKTLAR

Bölüm: AKTUAL Nəşr edilib 07.11.2021 13:00

WhatsApp Image 2021 11 07 at 13.27.30 1

Dövlət başçısının xüsusi diqqət və qayğısı,
şəhər rəhbərinin yüksək təşkilatçılığı və qətiyyəti sayəsində həyata keçirilən işlər Sumqayıta xüsusi bir gözəllik verir

Sürətlə gedən işlərin, çağdaş tərəqqinin ünvanına çevrilən Sumqayıtı qısa müddətdə belə füsunkar şəkildə dəyişməsi insanda qürur hissi yaradır

Artıq, beynəlxalq aləmdə çox böyük uğurlara imza atan, dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi tanınan Azərbaycanda, fəaliyyətində balanslaşdırılmış daxili və xarici siyasət kursu götürən respublika rəhbərliyinin uğurlu idarəetmə təcrübəsi, eləcə də, əhalinin güzəranının daha da yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində atılan inamlı addımlar ilbəil özünün gözəl bəhrələrini verir. İqtisadi böhranın dünyanı bürüdüyü indiki çətin dönəmdə belə, Azərbaycanda möhtəşəm layihələr uğurla həyata keçirilir. Ölkə başçısının uğurlu siyasətinin məntiqi nəticəsi olaraq, məhz sabaha hesablanmış inkişaf prosesi yüksək peşəkarlıqla davam etdirilən Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi Sumqayıt şəhərində də, əhəmiyyətli uğurlara nail olunur. Elə, respublikanın ən sürətlə dəyişən bu üçüncü böyük şəhərinin sosial-iqtisadi inkişaf göstəriciləri də, deyilənlərin sübutudur. Bütün bunlar isə, birbaşa, yüksəliş dinamikasından soraq verir.
Sumqayıtın inkişafına xüsusi diqqət və qayğı göstərən dövlət başçısının buraya intensiv səfərləri də, həmişə möhtəşəm yeniliklərlə müşayət olunur, şəhərin şöhrətini artırır. Bir sözlə, ölkə rəhbərinin dəstəklədiyi sosial-iqtisadi inkişaf proqramları sayəsində, Sumqayıtın önəmli proseslərdə rolu durmadan artır. Fərəhli və qürurverici haldır ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, şəhər təsərrüfatının da günün tələblərinə uyğun səviyyədə inkişafı istiqamətində Sumqayıtda mühüm işlər görülür. Dövlətin qayğısı, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı və qətiyyəti sayəsində, yenidənqurma və quruculuq işləri, abadlıq tədbirləri burada böyük əzmkarlıqla həyata keçirilir. Elə, şəhər Ağsaqqallar Şurasının: “Sumqayıt doğma evimizdir, onu nümunəvi şəhərə çevirmək hər birimizin borcudur!” — çağırışı da, görülən işlərə yeni bir ahəng qatır. Uğurla reallaşdırılan belə işlər və tədbirlər sayəsində, dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıtın indi çağdaş tərəqqi ünvanı olmasıyla da öyünə bilərik.

Bəli, ölkənin bütün bölgələrinin əksər böyük yaşayış məntəqələrində olduğu kimi, indi özünün inkişaf dövrünü yaşayan Sumqayıtda da, həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin daha da genişləndirilməsi üçün, aparılan işlər kompleks şəkildə görülür. Müxtəlif istiqamətlər üzrə gedən intensiv işlər şəhərin ayrı-ayrı ərazilərinə müsbət dəyişikliklər gətirir. Prezidentin göstərişi, işlərin yerinə yetirilməsinə onun xüsusi diqqəti və qayğısı, abadlaşdırma istiqamətində reallaşdırılan yeni-yeni layihələr sayəsində Sumqayıt günü-gündən gözəlləşir, səhər nəinki Azərbaycanın, bütövlükdə regionun müasir sənaye və turizm mərkəzinə çevrilir.
Görülən işlərə əlavə rəng qatan
şəhərin giriş hissəsinin, dənizkənarı park-bulvarın müasir üslubda yenidən qurulması, məhəllə və mikrorayonların, yolların və yol kənarlarının, istirahət parklarının və bağların yeni stilə uyğun yüksək səviyyədə abadlaşdırılması Sumqayıta xüsusi bir görkəm verir.
Ümumiyyətlə, şəhər rəhbərliyinin də diqqət yetirdiyi əsas məsələlərdən biri, Sumqayıt üçün böyük əhəmiyyət daşıyan dənizkənarı park-bulvarının yenidən qurulmasıdır. Çünki, dövlət başçısı da, Sumqayıtda bulvarın olmasının vacibliyini öz çıxışında xüsusi vurğulayıb: “Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar, Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki Bakı bulvarı indi dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir. Çünki müxtəlif sahilyanı şəhərlərdə bulvarlar vardır. Ancaq, mən, hər halda Bakı bulvarı kimi gözəl, geniş və müasir bulvar görməmişəm. Sumqayıtın da bu dənizkənarı sahəsindən, biz, gərək, səmərəli şəkildə istifadə edək. Bulvarın tikintisi, demək olar ki, başlayır. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Bir sözlə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır”.
Məhz bu səbəbdəndir ki, layihələrdə, hal-hazırda 186 hektar ərazini əhatə edən park-bulvarın daha da genişləndirilməsi nəzərdə tutulub. Buranın istifadəyə veriləcəyi günü isə, şəhər sakinləri də, həmişə çox böyük səbirsizliklə gözləyiblər. Artıq, dənizkənarı parkla birlikdə, bulvarda işlər sürətlə həyata keçirilib. Sahil zolağı göz önündəcə günbəgün simasını dəyişib.
“Araz” Media Qrupunun və araz.az xəbər portalının əməkdaşları olaraq, bu mövzuda qələm aldığımız “Sumqayıtın Şəhidlər Xiyabanında Üçrəngli Bayrağımız 30 metr hündürlüyü olan parıltılı metal — “nerjaveyka” dirək üzərində dalğalanacaq — Azərbaycanda daha bir ilk” sərlövhəli ötən yazımızda da, şəhərdə yüksək vüsət alan bu abadlıq və quruculuq işləri dəyərli oxucularımızın və ictimaiyyətin diqqətinə çatdırılıb. Həmin yazımızda şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahəyə birmənalı şəkildə yüksək önəm verməsi və göstərdiyi müstəsna xidmətlər xüsusi vurğulanıb. Xüsusi olaraq onu da vurğulamışıq ki, dövlət başçısının göstərişi və şəhər rəhbərinin təşəbbüsüylə, Sumqayıtda indiyədək görülən bütün geniş və mürəkkəb abadlıq-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsində, bu önəmli tədbirlərə böyük məsuliyyət hissiylə yanaşan iş icraçısı Müqayis Verdiyevin və onun başçılığı altında yüksək əzmlə çalışan əlli nəfərə yaxın işçi heyətinin rolu da danılmazdır

Bir sözlə, həmin yazımızda qeyd etdiyimiz kimi: “Hər şey göz qabağında: Hava şəraiti getdikcə sərt kəskinliyə doğru dəyişsə də, Sumqayıtda xeyli vaxtdır gedən abadlaşdırma və təmir işlərinin sürəti aşağı düşmür. Yüksək zövqlə həyata keçirilən bütün işlər şəhərə xüsusi bir yaraşıq verir, görkəminə gözəllik qatır. Hara baxsan, iş icraçılarının çəkdikləri böyük əziyyətlər hesabına tam olaraq başa çatan bütün işlər valehedicidir. Adama elə gəlir ki, ərazilərində təmir və abadlıq işləri yüksək səviyyədə həyata keçirilən görməli yerlərinin hər biri, sanki, çoxdan, ölkənin bu üçüncü böyük şəhərinin — Sumqayıtın gözəllik rəmzi kimi qəbul olunubmuş; Elə, yenidənqurma stilli abadlıq və təmir işləriylə görkəmlərinə xüsusi gözəllik qatılan şəhərin adıyla — “SUMQAYIT” yazısıyla başlayan giriş hissəsi və dənizkənarı park-bulvarı qarışıq, digər görməli yerləri belə, son vaxtlar, adamı bu sarıdan çaşdıranlardır.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özünün xüsusi nəzarətində saxladığına görədir ki, Sumqayıtlı Şəhidlərimizin Uyuduqları Müqəddəs Məkanda — Şəhidlər Xiyabanında başladığı gündən ən müasir inşaat materialları hesabına yüksək zövq və keyfiyyətlə görülən, günü-gündən daha da sürətlənən və tam olaraq başa çatmasına artıq sayılı günlər qalan təmir və abadlıq işlərinin isə, adama təsiri fərqli yöndəndir. Həm də ona görə ki, bu And və Qürur Yerimizdə, şəhər rəhbərinin təşəbbüsü ilə indiyədək həyata keçirilən bütün mürəkkəb işlərə, iş icraçısı Müqayis Verdiyevin başçılığı altında çalışan əlli nəfərə yaxın işçi heyəti böyük məsuliyyət hissiylə yanaşır. Məhz bu işçi heyəti tərəfindən böyük məsuliyyətin nə demək olduğu dərindən anlandığına görədir ki, bu Müqəddəs Ziyarətgahımız indi daha abad olduğu qədər də, şəhərin digər görməli yerlərindən fərqli yöndən təsirlidir.
Bəli, icra başçısı Zakir Fərəcovun özünün təşəbbüsüylə və iş icraçısı Müqayis Verdiyevin rəhbərlik etdiyi tikinti şirkətinin bu işçi heyəti tərəfindən neçə vaxtdır yüksək məsuliyyət hissiylə görülən alqışa və tərifə layiq bütün işlər müqabilində Şəhidlər Xiyabanında bir cənnət gözəllik yaradılır. Bütün bunlar isə, Vətən torpaqlarımızın bütövlüyü və toxunulmazlığı naminə, Qarabağda mənfur düşmən tərəfindən işğal edilmiş kənd, qəsəbə və şəhərlərimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin hər birinin adına onların sonsuz hörmət və rəğbətlərinin, yüksək sevgi və dərin məhəbbətlərinin bariz nümunəsidir. Bunları tərif xatirinə yox, ürəkdən gələn xüsusi hisslərə görə deyirik! Çünki əsl həqiqətdə və reallıqda da, burada görülən bütün işlər alqışa və tərifə layiqdir — bizləri qürurlandıraraq, bir daha, Azərbaycanlı olmağımıza fəxr və fəxarət gətirir! Bütün bunların nə demək olduğunu, elə, Şəhidlər Xiyabanının girişində, bu dəfəki təmir və abadlıq işlərindən sonra daha yüksəyə qaldırılan və hər səhər tezdən Şəhid Ruhunun salamladığı Əzəmətli Üçrəngli Dövlət Bayrağımıza baxmaq kifayətdir. Bayrağımız əbədi olaraq, hər səhər tezdən, öz parıltısını Günəş şəfəqlərinin parıltısına qataraq, — bəli, öz parıltısını, qoy, bu, heç kəsə qəribə gəlməsin, — Şəhid Ruhunun salamlarına: “Salam!” — deyəcək.

Yeri gəlmişkən, bu yerdə onu qeyd etməyi vacib bildik ki, bu dəfəki təmir və abadlıq işlərindən sonra, tam keyfiyyətli və müasir standartlara cavab verəcək şəkildə işlənən Müqəddəs Üçrəngli Bayrağımız, artıq, 30 metr hündürlüyü olan parıltılı metal — pas atmayan və “nerjaveyka” deyilən dirək üzərində dalğalanır. Dövlət Bayrağımızı bu hündürlükdə parıltılı və pas atmayan metal dirək üzərində dalğalandırmağın özü isə, Vətənimiz Azərbaycanda daha bir ilkdir. Bu yerdə, onu da bildirmək istəyirik ki, Şəhidlər Xiyabanında, böyük məsuliyyət tələb etdiyi üçün, yüksək keyfiyyətlə görülən bu işlərin yekunlaşması Noyabr ayına, daha dəqiq desək, Zəfər Bayramına planlaşdırılıb.
Sonda, xüsusi olaraq bir daha vurğulamaq istəyirik ki, doğrudan da, ölkəmizin üçüncü böyük şəhərindəki Şəhidlər Xiyabanının girişində ucaldılan Əzəmətli Bayrağımızın əhatə etdiyi geniş meydanda, aşağıdan yuxarıya böyük məsuliyyət hissiylə görülən mürəkkəb nümunəli bütün işlərdən bura yolu düşən hər kəs qürur duyur.
Bu yenidənqurma, təmir və abadlıq işlərindən sonra, Sumqayıta bəxş olunan füsunkar gözəlliyi ilə, haqlı olaraq, onun sakinləri fəxr edirlər. Üstəlik, şəhərin qonaqları belə burada görülən işləri ürəkdən təqdir edirlər. Doğrudan da, şəhərin qısa müddətdə belə füsunkar şəkildə dəyişərək, gözəlləşməsi, sözün əsl mənasında, insanda qürur hissi yaratmaqla, onu heyran edir. “Araz” Media Qrupundakı mətbuat vasitələrinin, eləcə də araz.az xəbər portalının əməkdaşları olaraq, biz də, həmin qürur hissi keçirənlərdənik. Və bu yazımız da, Şəhidlər Xiyabanını ziyarətimizdən doğan təəssüratlarımızın ifadəsidir.
Üçrəngli Müqəddəs Bayrağınla Məsud Yaşa, Azərbaycan!
Ruhun Şad Olsun Azərbaycan Şəhidi!”.
Bəli, ötən yazımızda da qeyd etdiyimiz kimi, Sumqayıtın təmir və abadlaşdırma gedən bütün ərazilərində icra hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işləri xüsusi nəzarətində saxladığı üçün, bir daha şahidi olduq ki, ümumiyyətlə, şəhərin bu hissələrinin siması bütovlükdə dəyişir. Şəhər rəhbərliyinin gördüyü işlər sırasında prioritetlərdən olan Şəhidlər Xiyabanının abadlaşdırılması, müasir standartlara cavab verən inşaat materiallarindan istifadə hesabına yekunlaşıb.

Yeri gəlmişkən, onu da deyək ki, son vaxtlar, şəhərin girişindən tutmuş müxtəlif yerlərində görülən tikinti, abadlıq-quruculuq işləri yerli sakinləri olduqca sevindirməklə bərabər, biznes mühitini də, Sumqayıtda yeni biznes açmaq istəyənlər üçün son dərəcə cazibədar edib. Bütün bunları isə, şəhər sakinləri və iş adamları dövlət başçısının Sumqayıta diqqətinin nəticəsi kimi qiymətləndirirlər. Bu, onların, bu inkişaf fonunda ifadə etdikləri böyük razılıqlarda da öz əksini tapır. Onların dediklərində Prezident İlham Əliyevin Sumqayıta olan diqqət və qayğısından, şəhərin gündən-günə gözəlləşməsindən, şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən hədsiz razılıqlar ifadə olunur, bütün bunlara görə, onlar tərəfindən dövlət başçısına dərin minnətdarlıq və təşəkkürlər çatdırılır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir