Bölgə

Sumqayıtda görülən abadlıq və quruculuq işləri bütün bölgələrin nümunə göstəricidir-Fotolar

Sharing is caring!

Ötən əsrin sonlarından etibarən, kifayət qədər mürəkkəb bir şəraitdə yenidən müstəqilliyini qazanan Azərbaycan dövləti bu gün sözün əsl mənasında müstəqil siyasət yürüdən bir ölkədir. Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də inkişaf yoluna qədəm qoyduğu bir vaxtda böyük nüfuza malik olan liderə ehtiyac duyulur. Məhz elə bu gün ulu öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin başçılığı ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır, ölkəmiz günü-gündən çiçəklənir.

Mənfur düşmən hökuməti Ermənistanla 44 günlük müharibə zamanı torpaqlarmızın işğaldan azad edilməsi, şanlı qələbə sevinci, üçrəngili bayrağmızın Şuşada dalğalaması buna əyani sübutdur.

Amma təsüflər olsun ki, ölkə başçsının bəzi şəxslərə etibar edib vəzifəyə təyin etdikdən sonra bundan su istifadə edənlər də var, vəzifəsini layiqincə yerinə yetirənlər də. Vəzifəsindən və ona bəslənən etibardan suistifadə edib korrupsiya, ruşvətxorluqla xalqın malını, mülkün talayanların aqibəti göz qarşısındadır. Ölkəmizin hüquq-mühafizə orqanları bu cür şəxslərə qarşı sərt mövqe bəsləyərək apardıqları mübarizə hətta bəzilərinin qandallanaraq həbsxaya getməsi sizlərə məlumdur. Çox uzağa getmeyək, yaqin ki, bəzi harınlamış icra başçlarnın silsiləli həbslərini əziz oxuclarmız xatrlayır.

Təbii ki, bu yazdıqlarmız bir çox məmurlara şamil olunmur. Çünki ölkədə prezident İlham Əliyevin müxtəlif sərəncamı ilə vəzifəyə təyin etdiyi və vəzifəsini layiqincə yerinə yetirən demək olar ki, kifayət qədər məmurlar var. Onlardan biri də Sumqayıt şəhər icra başçsı Zakir Fərəcovdur. Cənab Z. Fərəcov Sumqayıt şəhərinə icra baçsı təyin olunandan sonra şəhərin günü-gündən abadlaşdırılması, gözəlləşməsi heç kimə qaranlıq deyil. 

Xəbəral.az xəbər verir ki, iş icraçısnın dediklərinə görə dəniz kənarında 14 hektar ərazidə yerləşən şəhidlər xiyabanı yenindən tam kefiyyətli tikinti matrealları ilə təmir olunur. Bayraq meydanı 30 metr hündürlüyündə ucaldılaraq tam keyfiyyətli və müasir standartlara cavab verəcək şəkildə işlənilir. Ərazinin istinad divarları artıq mərmər qranitlə döşənmişdir. Çox sürətlə abadlaşma işləri davam etdirilir, yüzlərlə usta, fəhlə işləyir. Bu da bir növ Sumqayıtda işsizliyin qarşısını almaq, insanların işlə təmin olunması deməkdir. İşin yekunlaşması Noyabr ayına, zəfər bayramına planlaşdırılır.

“Sumqayıt şəhər icra başçsı Zakir Fərəcov görülən işlərlə hər gün yaxından maraqlanır, nəzarətdə saxlayır, əraziyə tez-tez baxış keçirir” – deyə iş icraçısı bildirib.

Reportaj hazırlanarkən abadlaşma gedən ərazidə deyilənlərin şahidi olduq. Şəhidlər xiyabanında demək olar ki, görülən işlər yekunlaşıb, tam müasir standartlara cavab verən inşaat materiallarindan istifadə olunur.

Bayraq meydanında və digər ərazilərdə sürətli işlər davam etdirilir. Sumqayıt şəhərinin günü-gündən gözəlləşməsi Zakir Fərəcov bu şəhərə icra başçsı təyin olunandan sonra olub, həqiqətən bu inkişafı görməmək nankorluqdan başqa bir şey deyil.

Ümid edirik cənab pirezdentin etimad edib vəzifəyə təyin etdiyi bütün icra başçları cənab Zakir Fərəcovdan örnək götürəcək.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir