Bölgə

Qaxda 3 dost yol qəzasında xəsarət alıb

Qaxda baş verən yol qəzasında 3 gənc xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında Qax-İlisu avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yoldan çıxaraq dirəyə çırpılıb. Qəza zamanı avtomaşında olan üç nəfər Qax rayon sakinləri 2001-ci il təvəllüdlü Emin Azad oğlu Xəlilli, 2001-ci il təvəllüdlü Ülfət Teymur oğlu Əhmədzadə və 2001-ci il təvəllüdlü Eldar Vüqar oğlu Paşayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan E.Paşayevin vəziyyəti ağır olduğundan müalicəsi Reanimasiya şöbəsində aparılır. E.Xəlilli və Ü.Əhmədzadənin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.
Qəzaya düşən gənclərin eyni sinifdə oxuduğu bildirilir. Onlardan ikisi tələbədir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir