Bölgə

Cəlilabadda vətən müharibəsi şəhidinin
övladı dünyaya gəlib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Vətən müharibəsi şəhidi, Vətənin azadlığı uğrunda şirin canından keçərək müqəddəs Şəhidlik məqamına yüksəlmiş Vüsal Hüseynovun övladı dünyaya gəlib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidimizin doğma kəndində onun ailəsini ziyarət etmiş,körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı vermiş, Xəqani Fətiyevin İkinci Qarabağ müharibəsində göstərdiyi igidlikdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildirmişlər. Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə dərin razılıqlarını ifadə etmişlər.
Körpəyə şəhidin vəsiyyətinə uyğun olaraq babası Nadirin adı verilib. Mərasimdə qeyd olunmuşdur ki, ki, ölkəmizdə şəhid ailələrinin və qazilərin qayğıları dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Vüsal Nadir oğlu Hüseynov 1991-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub. Ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir