Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyinatı olub.
XəbərAl.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu gün imzaladığı sərəncamla Fizzə Quliyeva Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru təyin olunub.
Azərbaycanda real vəziyyət ondan ibarətdir ki, iqtidar partiyasının dəstək vermədiyi halda onminlərin, yüzminlərin iştirakı ilə kütləvi aksiyanın keçirilməsi mümkün deyil. XəbərAl.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bəzi müxalifət partiyalarının Dağlıq Qarabağla bağlı mitinq keçirmək təşəbbüsünə münasibət bildirərkən deyib. “Hesab edirəm […]
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Xəbəral.az xəbər verir ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad […]
Bu gün Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı bağın və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışı olub. XəbərAl.az xəbər verir ki, açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.