Bölgə

DYP Zərdabda Reyd Keçirib

XəbərAl.az xəbər verir ki, reyd zamanı bir neçə sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədlərinin qaydasında olmaması faktları aşkar edildi.Bundan əlavə, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, avtomobili saxla əmrinə əməl etməyən və avtomobillərinə kustar üsulla hazırlanan pərdələrdən istifadə edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibatı cəza tədbirləri görülüb.Reyd zamanı bilməyərəkdən qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən maarifləndirilərək yola salınıb.Ümumilikdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 40 -dan çox sürücü saxlanılaraq barələrində protokol tərtib olunub.Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir