Bölgə manset

Qarabağda yol qəzası olub, 3 erməni ölüb

Sharing is caring!

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Laçın rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 3 nəfər ölüb.

XəbərAl.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, hadisə noyabrın 14-də qeydə alınıb.

Qəza törədən “Mercedes” markalı avtomobil Ermənistanın Armavir vilayətinin Vaqarşapat şəhərinin 41 yaşlı sakini Manvel Qrmamyanın adına qeydiyyatda olub.