Bölgə manset

Goranboyda xeyli sayda silah-sursat tapılıb

Goranboy rayonunda silah-sursat tapılıb.

Bu barədə XəbərAl.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Erkəc kəndi ərazisində 1 ədəd “TOZ-16” və 1 ədəd “İJ” markalı ov tüfəngləri, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları, 1 ədəd tank əleyhinə qumbara, ədəd patron darağı, 2145 ədəd müxtəlif çaplı patron,1 ədəd alıçdırıcı və 1 ədəd pulemyot lenti tapılıb.