Bölgə

“Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi Şamaxı şəhərində Şəhid və Qazi ailələrinə xüsusi xidmət göstərir – FOTOLAR

Sharing is caring!

Xəbəral.az saytı xəbər verir ki, Azərbaycan Qadınlarının Haqlarını Müdafiə mərkəzi” İB sentyabr ayından başlayaraq rayonlarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində günərzi mərkəzin fəaliyyətini təşkil edib.

Dekabr ayının sonuna qədər fəaliyyət göstərəcək mərkəzə cəlb olunmuş aztəminatlı ailələrdən olan, eyni zamanda sağlamlıq imkanı məhdud 3-5 və 6-12 yaş qrupları üzrə 30 nəfər uşağa müxtəlif sosial xidmətlər göstərilir. Uşaqlara gündəlik inkişaf xidmətləri göstərilməklə psixoloji dəstək verilir. Həmin uşaqların intellektinin inkişafıyla bağlı pedaqoq və tərbiyəçilər müxtəlif oyunlar təşkil edir.Məktəb yaşlı uşaqların ev tapşırıqlarının həllində uşaqlara yardımçı olmağa çalışırlar. Hər bir uşağın maraq və qabiliyyəti nəzərə alınaraq onların özünəxidmət bacarıqlarının artırılması və təxəyyülünün inkişaf etdirilməsi məqsədilə müxtəlif dərnəklər,məşğələlər təşkil olunur.

Bir sözlə, Tanrı insanı bənzərsiz və təkrarsız yaradıb. Ancaq səbri gen, ürəyi açıq Tanrı insanların hamısını heç də əqli və fiziki cəhətdən sağlam yaratmayıb. İnsanların bir qismi fiziki qüsurludur. Sərbəst hərəkət imkanlarından məhrumdur. Lakin bu o demək deyil ki, onlar əlillikləri ilə barışaraq qədərə boyun əyirlər,xeyr belə deyil. Əlillərin böyük bir qismi fiziki imkanlarının məhdud olmasına baxmayaraq, özlərinə uyğun peşə, sənət və məşğuliyyət növü tapırlar.

Xəbəral.az xəbər verir ki, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi Azərbyacan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin
maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya xidmətinin göstərilməsi layihəsi “ xidməti layihəsi Şamaxı rayonunda həyata keçirilir. Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara reabiliyasiya xidmətləri yerli mərkəz və evlərdə göstərir.

Nəzərinizə çatdıraq ki, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi Şəhid ailələri və Qarabağ Qazilərinə xüsusi diqqət və qayğı göstərir.

Xəbəral.az xəbər verir ki, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi Şamaxı şəhərində tam ödənişsiz fəaliyyət göstərir.

Məlumatı Xəbəral.az-a Azərbaycan Qadınlarınin Haqlarını Müdafiə Mərkəzi İB-nin icraçı direktoru Aydan Xıdırova vermişdir

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir