Bölgə

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sharing is caring!

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın məlumatına görə, iyunun 23-də gecə saatlarında Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub.

Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ötən gecə Q.Nəbiyev dünyasının dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir