Bölgə

Quba icra başçısının başı dərddə

Sharing is caring!

Adı hər zaman xarici ölkələrdəki milyonlarla qiymətə malik sahibkarlıq müəssisələri ilə mətbuatın gündəmində olan Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevin başı bu dəfə başqa dərdə düçar olub.2019 cu ildə DOST-iş MMC tərəfindən aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün rayona ayrılan ictimai iş yerlərinin bir hissəsini mənimsəyən Ziyəddin Əliyevin bu əməlləri baş prakurorluq yanında karrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırılır.Qeyd edəkki 2019 cu ildə qeyd olunan ictimai işlər üçün rayona 525 yerlik kvota ayrılıb.Əvvəl bu yerlərin 300 ü rayonun müxtəlif ərazi dairələri üzrə bölüşdürülüb.200 dən artıq kart isə 5 ay müddətində nəğdləşdirilərək mənimsənilib.
Prezidentin çıxışından sonra …
Ötən ilin Yanvar-Fevral –Mart –Aprel və May aylarında DOST-iş MMC tərəfindən Quba rayonuna ayrılan 525 iş yerinin 200 dən çoxunun əmək haqqı kartları vətəndaşların adına rəsmiləşsədə o vətəndaşların nə bu iş yerlərindən nə də əmək haqqından xəbərləri olmuyub.Yanvar ayının 13 də Azərbaycan prezidenti yanında keçirilən müşavirədə ölkə başçısının bu istiqamətdə yol verilən qanun pozuntuları barədə çıxışından dərhal sonra icra başçısı Ziyəddin Əliyev iclas keçirərək adları həmin iş yerlərinə rəsmiləşdirilən 200 dən çox şəxsin müqaviləsinə xitam verib .Daha sonra həmin kvota yenidən bölüşdürülüb. Amma bu bölgü zamanıda rayonda bir sıra xoşagəlməz hallar yaşanıb.Və sakinlər bu barədə hüquq mühafizə orqanlarına yazılı müraciət edib.Vətəndaşların müraciətlərindən sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən operativ araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir