Bölgə

Cəbhəyanı yaşayış məntəqələrində külli miqdarda silah-sursat, tank və top mərmiləri aşkarlanıb – FOTO

Sharing is caring!

31 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və Yevlax rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 25 (iyirmi beş) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 1 (bir) müraciət daxil olub.

Daxil olmuş 26 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Hacılar, Kəbirli, Mahrızlı kəndləri, Ağdam rayonunun Xındırıstan, Əhmədağalı, Üçoğlan kəndləri və Qarqar çayının sahili, Bərdə şəhəri Vaqif küçəsi, Füzuli rayonunun Şükürbəyli, Babı, Alxanlı kəndləri və Horadiz şəhəri, Tərtər rayonunun Qaynaq, Yuxarı Qapanlı kəndləri, Şıxarx qəsəbəsi, Bağırov küçəsi, Yevlax rayonunun Kolanı kəndi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı bir ədəd 100 mm-lik top mərmisi (OF-412), bir ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), bir ədəd tank əleyhinə idarə olunmayan RPQ-18 silahı (PQ-18 raketi ilə), bir ədəd tank əleyhinə idarə olunmayan RPQ-26 silahı (PQ-26 raketi ilə), bir ədəd tank əleyhinə idarə olunan 9K111 silahı (9M111 raketi ilə), bir ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir