Bölgə

Müharibəyə görə tədrisin dayandırıldığı bölgələrin sayı bilindi – RƏSMİ

Sharing is caring!

“Son bir ayda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doqquz şagird vəfat edib”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, cəbhə xətti yaxınlığında yaşamayan uşaqların təcavüzə məruz qalması Azərbaycanın adi düşmənlə deyil, terror ölkəsi ilə mübarizə apardığının təzahürüdür:

“Sentyabrın 27-dən başlayaraq bu günə qədər 50-yə yaxın məktəb yararsız hala düşüb və onlarda tədrisin təşkili mümkün olmayıb”.

“Sentyabrın 27-dən başlayaraq Ermənistanın təcavüzü nətuicəsində  20-yə yaxın bölgədə təhsil müəssisələrində tədris dayandırılıb”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir