Bölgə

Sabirabad rayonun mərkəzi küçələri ifunət içində – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Sabirabad rayonun mərkəzi küçələrini zibillik və küçə itləri bürüyüb.

Belə ki, saytımıza göndərilən fotolardan açıq-aşkar görünür ki, Sabirabad rayonun mərkəzi küçələrindən sayılan Heydər Əliyev prospektini yiyəsiz küçə itləri və çoxdandır yığılıb qalan zibillik bərbad hala salıb.

Rayon sakinlərinin Xəbəral.az – a verdiyi məlumatda bildirilir ki, dəfələrlə bu haqda aidiyyatı qrumlara şikayət olunsa da, heç bir tədbir görülməyib.

Hətta rayonun mərkəzi küçələrində gəzən küçə itləri, dəfələrlə işə, məktəbə gedən insanlara hücum edərək, dişləyib.

Görünən odur ki, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də sözügedən məsələyə göz yumaraq keçir.

İnanırıq ki, Xəbəral.az – ın bu yazısından sonra Sabirabad rayon icra hakimiyyəti və eləcə də aidiyyatı qrumlar hərəkətə gəlib, rayon əhalisinin bu cür naatəmizlikdən canlarını qurtaracaqlar.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir