Bölgə manset

Cəbhədə atışma: iki erməni yaralandı

Sharing is caring!

Ermənistan ordusunun hərbçisi yaralanıb.

XəbərAl.az xəbər verir ki, hadisə Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində baş verib.

“S.X adlı hərbi qulluqçu sağ çiynindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib”, – Noyemberyan şəhərinin tibbi mərkəzinin direktoru Qarunik Qaşyan deyib.

Onun sözlərinə görə, oktyabrın 2-si səhər saatlarında yaralı hərbi hospitala köçürülüb.

Ermənistan Müdafiə Nazirliyi daha bir nəfərin yaralanması ilə bağlı da məlumat yayıb. Nazirlik yaralının kimliyini açıqlamayıb.

Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorun sürücüsü Abışov Səfərəli Ələkbər oğlu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ötən gün həlak olmuşdu. 1958-ci il təvəllüdlü Abışov Səfərəli bu gün doğulduğu Masallı rayonunun Əmirtürbə kəndində dəfn edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir