Cəmiyyət

Bakıda YPX avtomobili qəzaya düşdü – VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Qeyd olunur ki, hadisə Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alıbıb. YPX avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. Hadisənin təfərrüatları məlum deyil. Əzizə İsmayılova Xeberal.az

Müharibə

Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır

Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları, müxtəlif çeşidli bulkalar və s. bişirilərək şəxsi heyətin qidalanmasına daxil […]

İqtisadiyyat

Nazir COP üzrə tapşırıqlar qrupunun rəhbəri ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə görüşüb. O, bu barədə öz “X” hesabında paylaşım edib. Bildirilib ki, Cemi Fergüsson ilə qurumla ölkəmiz arasında əməkdaşlığın gündəmində olan məsələləri müzakirə edilib. Beynəlxalq Maliyyə Korporasiyasının (@IFC_org) #iqlim biznesi üzrə qlobal direktoru, #COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə qurumla ölkəmiz arasında […]

Cəmiyyət

Tağı Əhmədov vəzifəsindən istefa verdi

Azərbaycan Memarlıq və İnşaat Universitetində kadr dəyişikliyi olub. “Unikal”ın əldə etdiyi məlumata görə, universitetin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işindən ayrılıb. Qeyd edək ki, Tağı Əhmədov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkir. O, 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi vəzifəsində çalışıb. Xeberal.az

Cəmiyyət

Erməni cəlladın Xankəndidəki abidəsi söküldü

Antiterror əməliyyatından sonra separatçı rejimin qalıqlarının təmizlənməsi prosesi davam edir. “Unikal” xəbər verir ki, Xankəndi şəhərində Qarabağ cəlladlarından biri “Bekor” ləqəbli Aşot Qulyanın abidəsi sökülüb. Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə günahsız azərbaycanlıların qanını tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi. Xeberal.az

Dünya

Türkiyədə yük qatarı relsdən çıxıb: Yaralılar var – VİDEO

Türkiyənin Kırıkkale şəhərində yük qatarı relsdən çıxıb. Məlumata görə, hadisə Ankara-Kırıkkale dəmir yolunda baş verib. Qatar relsləri üzərindəki istinad divarının uçması nəticəsində dolğu materialları relslərin üzərinə axıb. Qatar dolğu materialına dəyib və relsdən çıxıb. Qatarın lokomotivi aşıb. Hadisə zamanı iki nəfər yaralanıb. Mənbə: iha.com Xeberal.az

Cəmiyyət

Prezidentin təltif etdiyi Rəvanə Ağamirova danışdı: Ən böyük arzum… – VİDEO

Prezident İlham Əliyevin sərəncamı ilə dünən bir qrup gəncə Prezident mükafatı verilib. Bu mükafata layiq görülənlər arasında ifaçılıq istedadı ilə seçilən Rəvanə Seymur qızı Ağamirova da var. Anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova yaradıcılıq müsabiqələrində, festivallarda həmişə istedadı ilə fərqlənib. O, 2005-ci ildə İsmayıllı rayonunda anadan olub. Bir müddət əvvəl “Ay […]

Dünya

Vidalın qeyri-adi təqdimatı baş tutdu: At belində “qılınc çaldı” – VİDEO

Karyerasını doğma “Kolo-Kolo” futbol klubunda davam etdirəcək məşhur çilili futbolçu Arturo Vidalın yaddaqalan təqdimat mərasimi keçirilib. 35 min azarkeşin iştirak etdiyi təqdimatda futbolçu meydana helikopterlə gəlib. Daha sonra A.Vidal başına simvolik tac qoyub və əlinə simvolik qılınc götürərək at belində meydanda dövrə vurub. Bununla futbolçu ona klubun azarkeşləri tərəfindən verilən “Kral” təxəllüsünü canlandırıb. Məlumat üçün […]

Cəmiyyət

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olundu

Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri təyin olunub. Oxu.Az xəbər verir ki, Seymur Adıgözəlov bu təyinatadək İZİA-da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Bu günə qədər həmin vəzifədə Elşad Nuriyev fəaliyyət göstərib. Elşad Nuriyev isə “Bakı Gəmiqayırma Zavodu”nun İdarə heyətinin sədri təyin edilib. Nəzrin Vahid Xeberal.az

Siyasət

Ermənistanda tarix dərsliyi qalmaqalı dərinləşir: Paşinyanın cəza maşını işə düşüb – ŞƏRH + FOTO

Son aylar Ermənistanın siyasi və ictimai mühitində baş verən prosesləri izləyəndə aydın olur ki, baş nazir Nikol Paşinyan qarşısına ölkəyə əməlli-başlı “əl gəzdirmək” məqsədini qoyub. Çıxışlarında gah gerbi tənqid edən, gah yeni konstitusiyaya ehtiyac duyulduğunu açıqlayan hökumət başçısının əslində əsas məqsədlərindən biri kilsəyə qarşı açılmış gizli savaşı qazanmaq həvəsidir. Təsadüfi deyil ki, son aylar erməni […]