Cəmiyyət

Qazaxda qəza olub, xəsarət alanlar var

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Qazax şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” ilə “Hyundai” markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Fransanın ikiüzlü demokratiyası! – Korsikalılar “Haber Global”a danışırlar – VİDEO

“Fransa başqa ölkələr məsələsində insan haqları, demokratiyadan danışır, amma öz sərhədləri daxilində bizlərə təzyiq götərirlər”. Oxu.Az-ın məlumatına görə, bu barədə Korsika sakini adada baş verən hadisələrin nəbzini tutmağa davam edən “Haber Global”ın xarici xəbərlər üzrə redaktoru Eda Tuğrula danışıb. O, hətta parlamentdə Korsika dilinin yasaq olduğunu deyib. “Korsika dili olmadan Korsika xalqı yoxdur. Bunu qəbul […]

Siyasət

Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb

Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb. Bəyanatda deyilir: “2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri […]

Dünya

Sahil Qasımov: “Bizdə xatircəmlik yaranıb, amma rahatlaşmaq olmaz” – MÜSAHİBƏ

Fevral ayında Brüsseldə Avro-Atlantik ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təsis qurultayı keçiriləcək. Avro-Atlantik məkanda azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu – Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası (EAPCA – Euro-Atlantic Partnership Council of Azerbaijanis) yaranacaq. Bu barədə Oxu.Az-a Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, təşəbbüs qrupuna rəhbərlik edən Sahil Qasımov məlumat verib: – Qurultayda təşkilatın nizamnaməsinin təsdiqi, […]

Siyasət

Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qarabağda erməni əsilli sakinlərə baş çəkiblər – FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ iqtisadi rayonunda erməni əsilli sakinlərə baş çəkiblər. Caliber.Az xəbər verir ki, görüş zamanı AzQAC əməkdaşları erməni əsilli sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyac və qayğıları ilə maraqlanıblar. Görüş sakinlərin nəyə ehtiyacı olduğunu öyrənmək və onlara lazımi köməklik göstərmək məqsədilə təşkil olunub. Bundan əlavə, AzQAC əməkdaşları Beynəlxalq […]

Cəmiyyət

Memar iradını geri götürdü: “Tarixi binaya zərər dəyməyib” – AÇIQLAMA + FOTO

“Tarixi binaya zərər vurulması ilə bağlı məlumat öz təsdiqini tapmayıb”. Bunu Oxu.Az-a açıqlamasında podratçı şirkətin nümayəndəsi bildirib. “Bu gün səhər saatlarında podratçı şirkətin mütəxəssisləri və memar Elçin Əliyevin iştirakı ilə qeyd edilən ünvandakı binaya baxış keçirilib. Baxış zamanı burada həyata keçirilən işlər qənaətbəxş sayılıb, cüzi nöqsanlar aşkar edilsə də, binaya zərər vurulması xəbəri öz təsdiqini […]

Dünya

Ermənilər indi də İrana qarşı ərazi iddiasındadırlar: Deputat Tehrandan Urmiya gölünü tələb etdi? – VİDEO

Ermənistan indi də İrana qarşı ərazi iddiası irəli sürür. Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Vahan Aleksanyan jurnalistlərin konstitusiyada Qarabağın Ermənistana birləşdirilməsi iddiasına görə dəyişdirilməsi ilə bağlı sualına çox maraqlı cavab verib. “Bizim Van gölünə iddiamız varsa, Urmiya gölünə niyə olmasın?” – deyə deputat bildirib. Ətraflı “AzTV”nin süjetində: Xeberal.az

Cəmiyyət

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub – SİYAHI

Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub. Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu müddətdə körpələrə verilən adların ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb. Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub. Qeyd […]