Dünya

İlk elektrik “QAZel”i təqdim olundu

Rusiyanın Qorki maşın zavodu 100 kvt (136 at gücündə) elektrik mühərriki ilə təchiz edilmiş “QAZelle e-NN” avtomobilini buraxıb. Autonews.ru xəbər verir ki, şirkət avtomobilin üç yeni modelini “Rusiyanın Rəqəmsal sənaye müəssisəsi” konfransında təqdim edib. Qorki Avtomobil Zavodunda mikroavtobus, marşrut mikroavtobusu və furqonlu mikroavtobus yığılıb. Avtomobilin kütləsi 2.5, yük daşıma qabiliyyəti ilə 4.6 tondur. Müştərinin istəyi ilə avtomobil […]

Siyasət

Baş Nazir iclas keçirdi

Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib. İclasda Baş Nazir Əli […]

Ölkə

Naxçıvana Yeni Ambulanslar Verildi

Sentyabrın 23-də Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib. Agentlikdən verilən xəbərə görə, qurumun İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub: “Ölkə başçısının tapşırığına […]

Gündəm

“WhatsApp”Da Yeni Funksiya

Qlobal mesajlaşma xidməti olan “WhatsApp”da müvəqqəti mesajlar göndərməyə imkan verən yeni “Expiring Media” funksiyası işə salınıb. Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Yenilik sayəsində göndərilən şəkillər, videolar və yaxud animasiyalar “alıcı” tərəfindən açıldıqdan və o, çatı tərk etdikdən sonra dərhal yox olacaq. İstifadəçilərin qarışıq salmaması üçün yoxa çıxan mesajlar adilərindən qrafik olaraq fərqlənəcək. Funksiya […]

Hadisə

“AzGold”un rəhbəri həbs edildi

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.   Baş Prokurorluqdan  verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında […]

Kriminal

Bakının mərkəzindəki mağazadan 6 min manatlıq OĞURLUQ

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutulub. Səbail RPİ 9-cu PB və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1000 manat və 3000 ABŞ dolları (5100 manat) pul oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılıblar. Tutulan […]

Ana Səhfə Gündəm

“Türkün iti olmaq daha yaxşıdır, nəinki…” – Ermənistanın baş kəşfiyyatçısından ŞOK SÖZLƏR

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (SNB) direktoru Argişti Kyaramyanın göstərişi ilə bir müddətdir ölkədə Rusiya agentlərinin axtarışı aparılır. Bu barədə erməni şərhçi Vladimir Sarkisyan deyib. Onun sözlərinə görə, SNB rəhbəri Rusiya agentlərinin axtarışı məsələsində belə bir ifadə işlədib: “Türkün iti olmaq daha yaşıxıdır, nəinki…”. Bu cümlənin davamı “nəinki Rusiyanın” deməkdir. Vladimir Sarkisyan kulislərdə işlədilən bu ifadəyə […]

Ana Səhfə Dünya

Parisdə bomba təhlükəsi – Eyfel qülləsi boşaldıldı

Bomba təhlükəsi ilə bağlı Eyfel qülləsi yaxınlığında olan insanlar təxliyə olunub. Polis Eyfel qülləsi ətrafındakı yolları təhlükəsizlik zolağı ilə əhatələyib. Fransa mətbuatında bildirilir ki, polisə kimliyi bilinməyən şəxs tərəfindən Eyfel qülləsinə bomba yerləşdirilməsi ilə bağlı məlumat çatdırılıb. Hadisə yerinə təcili müdaxilə edilib. Qüllənin 7-ci mərtəbəsində araşdırma aparılır.

Ana Səhfə Kriminal

Bakıda bacısını öldürən vəzifəli şəxsin oğlu həbs edildi

Xəzər rayon məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məlumata görə, keçirilən prosesdə təqdimat təmin edilib. Qərara əsasən, M. Babayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sentyabrın 20-də Xəzər rayonu, Türkan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd […]