Dünya

“WhatsApp”da yeni funksiya var – FOTO

“WhatsApp” tərtibatçıları mesencerə yeni mətn formatı seçimləri əlavə ediblər. İndi siz sitatları vurğulamaqla və digər mətn formatlarından istifadə etməklə mesajlarınızı strukturlaşdıra bilərsiniz. Qalın (*Mətn*), kursivlə (_Mətn_), üstündən xətt çəkilmiş (~Mətn~) və eyni enli şriftlə (“`Mətn“`) mətni vurğulamaq üçün mövcud üsullara yeni seçimlər əlavə edilib. Beləliklə, markerlər (- Mətn) və nömrələmə (1. Mətn) ilə siyahılar yaratmaq […]

MARAQLI

ABŞ ordusunda yenilik: Qoşunların idarə edilməsində süni intellekt tətbiq olundu

“ABŞ qoşunların idarəsi və onlara komandanlıq etmək üçün süni intellektə əsaslanan sistem yaradıb”. Bu barədə Pentaqonun rəhbərinin müavini Ketlin Hiks süni intellektdən hərbi istifadəyə dair simpoziumda deyib. O, süni intellektin Pentaqona inteqrasiyası səylərinin ABŞ-nin hərbi imkanlarını gücləndirməsinə baxmayaraq, Vaşinqtonun süni intellektlə silahlanma yarışına can atmadığını da deyib. Hiks həmçinin kosmosun hərbi əməliyyatların tərkib hissəsinə çevrildiyini […]

İdman

Qurban Qurbanov: “Bu gün zəfər çalmaq daha ləzzətli oldu”

“Bu gün zəfər çalmaq daha ləzzətli oldu”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək (ilk oyunda 4:2) tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhələsinə vəsiqə qazanmalarına […]

Dünya

Ermənistan KTMT-də iştirakını dondurur

Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib. Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib. “Biz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, deyən […]

İdman

Avropa Liqasında “Qarabağ”ın potensial rəqibləri

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Oxu.Az xəbər verir ki, “pley-off”da “Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan “Qarabağ” da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Bu mərhələdə “pley-off”un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa […]

Cəmiyyət

Zaqatalada beş xarici dil bilən məktəbli – VİDEO

Alman, ingilis, fransız, rus və ərəb dillərini bilən 10-cu sinif şagirdi Çingiz Cingözov bu dillərdə sərbəst danışır həm də yazır. Xezerxeber.az-ın məlumatına görə,  Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil alan Çingiz hələ uşaq vaxtlarından xarici dillərə  böyük maraq göstərib. Avropa ölkələrinin birində təhsil almaq isə arzusudur. Çingiz bildirib ki, bu dilləri öyrənmək üçün sadəcə istək və […]

Cəmiyyət

Naxçıvanda piyadanı maşın vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Elnur Rafiq oğlu Abbasovu vurub. Hadisə nəticəsində piyada baş nahiyəsindən xəsarət alıb, həmçinin ayağı qırılıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

“Braqa”nın baş məşqçisi: “Səhvlərimiz cütün taleyini həll etdi”

“Səhvlərimiz cütün taleyini həll etdi”. “Report”un məlumatına görə, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib. Portuqaliyalı mütəxəssis ümumi hesabda 5:6 uduzaraq (ilk oyunda 2:4) mübarizəni dayandırmalarına münasibət bildirib: “İlk oyunda neqativ nəticə olmuşdu. Bura məğlub halda gəlmişdik. Mərhələ […]

Cəmiyyət

Bakıda yaşayış binasının qarşısında ölüm hadisəsi baş verib – FOTO/VİDEO

Bakının Xətai rayonu ərazisində ölüm hadisəsi baş verib.  Musavat.com xəbər verir ki, Seyid Əzim Şirvani küçəsində yerləşən yeni binanın qarşısında bir nəfərin öldüyü bildirilir.  İlkin məlumata görə, onun intihar etdiyi deyilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.    Xeberal.az

Cəmiyyət

Xocavəndli şagird riyaziyyat olimpiadasında yüksək nəticə qazanıb

Xocavəndli şagird “Copernicus olympiad” Kopernik riyaziyyat olimpiadasının 1-ci mərhələsində yüksək nəticə qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Xocavənd Rayon Muğanlı kənd sakini Eyvaz Babək oğlu Hüseynli “Copernicus olympiad” Kopernik riyaziyyat olimpiadasında 1-ci mərhələdə 1635 iştirakçı arasında gümüş medala sahib olub. Xeberal.az