Cəmiyyət

Azərbaycanlı könüllü: “Kahramanmaraşa gəlmək mənim vicdan borcum idi”

“Kahramanmaraş şəhərinə gəlmək mənim vicdan borcum idi”. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə şəxsi hesabına könüllü gələn Vüsal Rüstəmov deyib. “Burada axtarış-xilasetmə əməliyyatlarına qoşuldum, meyitlərin çıxarılmasında iştirak etdim. Bundan sonra Azərbaycandan gələn könüllülərə qoşulacam. Kahramanmaraşın kəndlərində gedib insanlara kömək edəcəm”, – o bildirib. Qeyd edək […]

Dünya

Zəlzələdən böyük zərər görən Nurdağı tamamilə söküləcək

Qaziantepin zəlzələ fəlakətindən böyük zərər görən Nurdağı mahalı tamamilə sökülərək yenidən tikiləcək. Zəlzələnin 8-ci günündə burada dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir. 18 yaşlı Saadet Coşkun zəlzələdən 160 saat sonra Nilüfer yaşayış binasından sağ-salamat xilas edilib. Hazırda ərazidəkı son 8 mənzildə müvafiq işlər aparılır. Vali Osman Bilgin də Nurdağı mahalının tamamilə sökülərək yenidən tikiləcəyini […]

Cəmiyyət

Malatyada tələbələrimizin olduğu binada əməliyyatlar davam edir – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Malatyada tələbələrimizin olduğu binada əməliyyatlar davam edir. Axtarış-xilasetmə işlərinə itlər də cəlb olundu.   Özü və uşaqları xilas olmağı bacarsa da, ailəsinin 12 üzvünü zəlzələyə qurban verdi. Filiz Dəniz o anları necə xatırlayır? 67 yaşlı Səkinə nənədən insanlıq dərsi. Topladığı sədəqəni Türkiyəyə göndərdi.  Pakistan vətəndaşı Türkiyəyə 30 milyon dollar ianə etdi. […]

İqtisadiyyat

Baba Rzayev: “İstilik elektrik stansiyasına investisiyalar ən uzağı 6 ilə qaytarılacaq”

Bu gün təməli qoyulan müstəqillik dövrünün 1 280 MVt gücündə olan ən böyük İstilik Elektrik Stansiyasına (İES) yatırılan investisiyalar maksimum 6 ilə qaytarılacaq. “Report” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev AzTV-də çıxışı zamanı deyib. Onun sözlərinə görə, mövcud şərtlər qoyulan investisiyaların daha tez qaytarılmasına imkan verir: “Əgər indiki bazar qiymətləri ilə baxsaq faktiki olaraq daha […]

Cəmiyyət

FHN-in xilasediciləri zəlzələ bölgəsində çadırların qurulmasını həyata keçirirlər – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. FHN-in xilasediciləri zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraş rayonunda çadırların qurulmasını həyata keçirirlər. Xeberal.az

İqtisadiyyat

Maliyyə pozuntuları aşkarlanan qurumların siyahısı açıqlanıb – CƏDVƏL

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti maliyyə pozuntuları ilə aşkar edilən qurumların adlarını açıqlayıb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5 081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət […]

Dünya

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub – FOTO

Avstraliya İttifaqında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və fəalları Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb. Avstraliya İttifaqında yaşayan soydaşlarımız tərəfindən ümumilikdə 5300 AUD (6265 manat), o cümlədən Sidneydən 3535 AUD, Brizbondan 780 AUD, Pert, Melburn və Balarat şəhərlərindən isə ümumilikdə 1000 AUD məbləğində pul vəsaiti toplanaraq Türkiyənin həmin ölkədəki səfirliyinə və […]

Cəmiyyət

Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 828 235 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 986 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat […]

Dünya

ATV-nin hazırladığı çarx Türkiyə televiziyasında yayımlandı – VİDEO

ATV telekanalı qardaş Türkiyədə zəlzələnin baş verdiyi gündən öz efir səbətində dəyişiklik edərək bu ağır fəlakətin hər anının işıqlandırılması istiqamətində müxtəlif səpkili verilişlər, proqramlar, videobloklar hazırlayır. Oxu.Az xəbər verir ki, telekanalın bu gərgin və həssas günlərdə sərgilədiyi efir performansı ölkəmizdə olduğu qədər sərhədlərimizdən kənarda da diqqətdən yayınmayıb. Belə ki, Türkiyənin nüfuzlu TRT HABER kanalında yayımlanan proqramda azərbaycanlıların göstərdikləri […]