İdman

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər. Oxu.Az xəbər verir ki, bu gün yarışa qoşulan səkkiz milli üzvü fəxri kürsüdən kənarda qalıb. Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kq), İslam Rəhimov, […]

Dünya

Xameneinin ali taleyi həll edilir və ya üləmalara hansı təlimatlar veriləcək? – TƏHLİL

İranda Ekspertlər Assambleyasına və İslam Şura Məclisinə (Parlament) seçkilər keçirilir. Məlumatlara əsasən, 290 üzvlü parlamentdə yer qazanmaq uğrunda 15 mindən çox namizəd mübarizə aparır. Lakin Ekspertlər Assambleyasına seçki daha çox diqqət mərkəzindədir. Çünki üləmalardan ibarət məclisə seçkinin nəticələri İranın daxili siyasi arenası üçün mühümdür. Qeyd edək ki, Ekspert Assambleyası 88 nüfuzlu din xadimindən ibarət tərkibə […]

Dünya

Azərbaycan BƏƏ ilə yaşıl enerjiyə investisiya imkanlarını müzakirə edib – FOTO

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yaşıl enerji layihələrinin genişləndirilməsi üçün investisiya imkanlarını müzakirə edib. Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui ilə görüşdə ölkələrimizin yaşıl enerji layihələrinin icrası sahəsində uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq, birgə fəaliyyətin genişləndirilməsi üçün […]

Siyasət

Prezident: “COP29-a ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”

Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında ölkəmizin bu il COP29 Konfransına ev sahibliyi etməsinin önəmindən də söz açıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu barədə qərar qəbul olunan kimi ölkəmizin müxtəlif QHT-lərin və media təşkilatlarının […]

Siyasət

Hikmət Hacıyev: “Sülhə nail olmaq üçün real niyyət lazımdır”

“Sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə (Azərbaycanla Ermənistan-red.) bir araya gəlib sülh müqaviləsini imzalamalıdır”. APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” […]

Dünya

Fransanın XİN başçısı Emmanuel Makronun dediklərini təkzib etdi

“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”. Bunu Fransanın “Inter” radiosunun efirində respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejurne deyib. O, ölkə Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı dediklərini təkzib edib. “Fransızlar Ukrayna uğrunda ölməyəcəklər. Biz döyüşə qoşun göndərməyəcəyik”, – deyə o vurğulayıb. Qeyd edək ki, Makron bir müddət əvvəl bildirmişdi ki, ehtiyac olarsa, […]

Siyasət

“Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib

Prezident İlham Əliyev 13 fevral 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib. President.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib.  Belə ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan […]

İqtisadiyyat

Vüqar Bayramov: “Üç ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib”

“Cənub Qaz Dəhlizi nəinki region, bütövlükdə Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu”. Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, son üç ildə Azərbaycan Avropaya […]

MARAQLI

Texasda meşə yanğınları yarım milyon hektar ərazini məhv etdi – FOTO/VİDEO

Texasda “Smokehouse Creek” adı verilən meşə yanğını bir milyon akrdan (435 min hektar) çox əraziyə yayılıb. Bu barədə Texas Yanğın Departamenti xəbər yayıb. Beləliklə təbii fəlakət ştat tarixinin ən böyük meşə yanğını hesab edilib. “Hatçinson dairəsində “Smokehouse Creek” yanğın ərazisi 1 075 000 akr olaraq qiymətləndirilir, yanğın bu ərazinin cəmi 3%-ində lokallaşdırılıb. Texasda 1 050 000 […]

Dünya

Antalyada “Cənubi Qafqazda sülh, inkişaf və müstəqillik” mövzusunda panel keçirilir

Türkiyənin Antalya vilayətində III Diplomatiya Forum çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və müstəqillik” mövzusunda panel keçirilir. “Report”un yerli bürosu xəbər verir ki, paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Ermənistan parlamentinin […]