Müharibə

Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi – FOTO

Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi Quruçayın sol sahilində, düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı – əkinçilik, üzümçülük və heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 7-də […]

İdman

Azərbaycan klubları Çempionlar Liqasının bütün mövsümlərində: “Qarabağ” rekordunu yeniləyəcək – ARAŞDIRMA

“Qarabağ” 2023/2024 mövsümündə tarixində 9-cu dəfə UEFA Çempionlar Liqasında (ÇL) Azərbaycanı təmsil edəcək. “Report”un məlumatına görə, Ağdam təmsilçisi bununla öz rekordunu yeniləyəcək. Ümumilikdə 25-ci dəfə Azərbaycan komandası qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq. “Qarabağ”dan sonra ÇL-in ən çox iştirakçısı “Neftçi”dir. “Ağ-qaralar” 7 dəfə bu yarışda qüvvəsini sınayıb. “Kəpəz”, “Şəmkir”, “Bakı” və “İnter” hərəyə iki, […]

İdman

Millimizin futbolçusunun komandası Erediviziyaya yüksəlmək üçün pley-off oynayacaq

Niderland I Liqasında mövsümə yekun vurulub. Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” sonuncu – 38-ci turda “Yonq PSV” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Kökçü start heyətində meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. “Eyndhoven” mövsümü 58 xalla 8-ci yerdə başa vurub. Komanda bu nəticə ilə Erediviziyaya vəsiqə qazanmaq […]

İqtisadiyyat

Xaricdən sifariş edilən malların daşınmasına görə əlavə ödənişlər tələb olunur? – FOTO

Vətəndaşlardan xaricdən sifariş edilən malların daşınması ilə bağlı əlavə ödənişlərin də “Smart Customs”a daxil edilməsi tələb olunacağı iddia edilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılır.  Bununla da əhali xaricdən daşıma ilə bağlı “Smart Customs”da malı bəyan edərkən onun gömrük dəyərini artırmaq üçün yol xərcini yüksək göstərməlidir.  İqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, əslində bu […]

Müharibə

Beş il əvvəl Naxçıvanda nələr yaşandı? – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Beş il əvvəl Naxçıvanda nələr yaşandı? Günnüt əməliyyatında Ordumuz hansı uğurları əldə etdi?   Rusiya ilə Gürcüstan arasında aviareyslər bərpa edildi. Narazı gürcülər hava limanında aksiya keçirdilər.  Moldovaya gedən həmyerlilərimizin sayı artıb. Azərbaycanlılar parlamentdə təmsil oluna bilərlər.   Daha ətraflı BAKU NEWS-un 12:00 buraxılışında: Xeberal.az

Kriminal

Sosial şəbəkədə tüfənglə görüntülərini yaydı, DİN hərəkətə keçdi – FOTO/VİDEO

Daxili İşlər Nazirliyi sosial şəbəkədə lüləyi kəsilmiş tüfənglə görüntülərini paylaşan şəxslə bağlı açıqlama yayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video polis əməkdaşları tərəfindən araşdırılıb.  Həmin şəxsin Tərtər rayonunda yaşayan C.Lətifov olduğu müəyyən edilib. Onun yaşadığı ünvandan müvafiq sənədləri olmayan qundağı və lüləyi […]

İdman

“Yuventus”a qarşı yeni ittiham irəli sürüldü

İtaliya Futbol Federasiyası “Yuventus”a qarşı yeni ittiham irəli sürüb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, Turin klubu maaş maxinasiyasında günahlandırılır. Bildirilir ki, əməkhaqqı hesabatlarının manipulyasiyası COVID-19 pandemiyası zamanı illik balansda itkiləri ciddi şəkildə azaltmaq məqsədi daşıyıb. “Yuve”nin bu işdə yeddi sabiq futbolçusundan və hazırkı direktorundan istifadə etdiyi iddia olunur. Qeyd edək ki, daha əvvəl maliyyə […]

Kriminal

Cəlilabadda narkokuryerlərdən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və həblər aşkarlanıb – FOTO

Cəlilabadda saxlanılan narkokuryerlərdən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və həblər aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Bayram Ələkbərov və Ramin Məmmədov sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə […]

Müharibə

Jurnalistlər Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərdə olublar – FOTO/VİDEO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Günnüt əməliyyatının beşinci ildönümü ilə bağlı Əlahiddə Ümumqoşun Orduya mediatur təşkil olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində media nümayəndələri azad edilmiş yüksəkliklərdə olub, Günnüt əməliyyatında iştirak etmiş hərbi qulluqçularla görüşüblər. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin başladığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi ordu […]

Kriminal

Bakıda 24 yaşlı oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma olub. APA xəbər verir ki, Nəsimi rayon ərazisində Əliyev Emin Bəxtiyar oğlu aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı küçədə tanışı 1999-cu il təvəllüdlü Hüseynov Rəcəb Tofiq oğlunu bıçaqlayıb. Faktla bağlı Nəsimi RPİ-nin İstintaq şöbəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Xeberal.az