Mədəniyyət

Azərbaycandan olan görüntü ilin ən qeyri-adi şəkilləri siyahısında – FOTO

“Reuters” bitməkdə olan ilin ən qeyri-adi fotolarının qalereyasını hazırlayıb. Onların içində Azərbaycandan olan görüntü də yer alıb. Həmin kadrda “Qaz-24” markalı avtomobilin damına quraşdırılmış yük yerində bir sürü qazı daşıyan sürücü əks olunub. Siyahıda həmçinin dünyanın müxtəlif yerlərindən maraqlı anlar görüntülənib. Misirin cənubundakı Nubiya kəndinin sakini dəvə ilə oynayır Tokiodakı məbədlərdən birində ənənəvi buzlu su […]

Gündəm

Hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildilər

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Ağdamın azad olunmasına görə” medalı […]

Xarici siyasət

Çavuşoğludan Qarabağla bağlı VACİB AÇIQLAMA

“Qarabağda atəşkəs elan edilib. Rusiya sülhməramlı missiyası oradadır. Birgə müşahidə mərkəzimiz də qurulur”. “Hürriyet”in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxışı zamanı bildirib. “Məqsədimiz davamlı sülh və sabitlikdir. Altıtərəfli format da daxil olmaqla, bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan olaraq münasibətlərimizi normallaşdıra bilərik. Burada Rusiya […]

Siyasət

Payız sessiyasının son iclasında deputatlar nələri müzakirə edəcək?

Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. XəbərAl.az xəbər verir ki, iclasın gündəliyinə altı məsələ daxil edilib: -“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). -Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). -Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi […]

Siyasət

İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi

Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciət ünvanlayıb.  XəbərAl.az xəbər verir ki, müraciətdə deyilir: “Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. […]

Ölkə

Bakıda 10 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. […]

Sosial

Hərbi qulluqçuların uşaqlarına sosial müavinətin verilməsi barədə qanun layihəsi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. XəbərAl.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək. Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Digər dəyişikliyə əsasən, müddətli […]

Gündəm

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə tutuldu, sənədlər məhkəməyə göndərildi – RƏSMİ

Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı DSMF-dən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Fondun […]

İncəsənət

Mixail Yefremov ekranlara qayıdır

Rusiyada TNT telekanalı Əməkdar artist Mixail Yefremovun rol aldığı “Polyot” (Uçuş) serialını yayımlayacaq. Mk.ru layihənin ssenari müəllifi və rejissoru Pyotr Todorovskiyə istinadla xəbər verir ki, sözügedən serial TNT-nin 2021-ci ildə təqdim edəcəyi ilk serial olacaq. Serial uğursuz bir uçuşun bir neçə insanın həyatını köklü şəkildə dəyişdirməsindən bəhs edir. Mixail Yefremovun (Jabenko) xarakteri asılılıqların öhdəsindən gəlməyə […]