İdman

Terens Krouford boks üzrə mütləq dünya çempionu olub

Amerikalı boksçu Terens Krouford 12 raundluq döyüşdə həmvətəni Errol Spensi məğlub edib. Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilən qarşıdurma doqquzuncu raundda nokautla başa çatıb. 35 yaşlı Krouford 66,68 kiloqram çəki dərəcəsində mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və əvvəllər Spensə məxsus olan Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və […]

Cəmiyyət

MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi yekunlaşır

İyulun 31-i saat 11:00-da bütün fənlər üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatacaq. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib. Məlumata görə, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin […]

Kriminal

Bakı-Qazax yolunda yük avtomobilləri toqquşub, iki nəfər ölüb

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Ərşəli kəndi yaxınlığında (Bakı-Qazax avtomobil yolunun 180-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. “Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə […]

Cəmiyyət

XİN-ə diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı təşkil ediləcək

İyulun 30-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan saat 10:00-da başlanacaq. İştirakçılar saat 09:00-dək imtahan binasının önündə olmalıdırlar. İmtahan Mərkəzin Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 28 (“8 Noyabr” metro stansiyasının yanı) ünvanında yerləşən binasında kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən […]

Cəmiyyət

Sabunçu rayonunda avtomobillər toqquşub: Yaralanan var

Bakının Sabunçu rayonunda 67 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Arif Kərim oğlu Osmanov ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanları keçirir. DİM-dən bildirilib ki, Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində, digər imtahan isə Bakıda təşkil olunacaq. Hərbi liseylərə qəbul imtahanında 1118, gizir hazırlıq kursuna qəbul imtahanında […]

Dünya

“Liverpul” Kilian Mbappeni icarəyə götürməyə çalışır

“Liverpul” Kilian Mbappeni icarəyə götürmək üçün PSJ ilə danışıqlar aparır. Mənbə iddia edir ki, “Liverpul” K. Mbappeyə bir illik icarə müqaviləsi təklif etməyə hazırdır. Xəbərdə həmçinin vurğulanır ki, fransalı hücumçu Yurgen Klopun rəhbərliyi altında oynamağı hər zaman arzu edib, hətta PSJ-yə qoşulmamışdan əvvəl “Liverpul” ilə transfer müzakirələri də aparıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücumçu […]

Dünya

İranda polis Aşura mərasimi iştirakçılarına hücum etdi – VİDEO

İranın Kərəc şəhərində Aşura günü polis mərasim iştirakçılarına hücum edib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, buna səbəb mərasimdə iştirak edən insanların ümumxalq etirazlarında molla rejimi tərəfindən öldürülənləri müdafiə etməsi olub.   Xeberal.az

Dünya

Putin: “Türkiyə ərazisində qaz habının yaradılması mövzusu gündəmdə qalır”

“Türkiyə ərazisində qaz habının yaradılması mövzusu gündəmdə qalır”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı bildirib. O vurğulayıb ki, layihə böyük həcmdə qazın saxlanmasını deyil, elektron ticarət platformasının yaradılmasını nəzərdə tutur: “Açıq şəkildə bildirmək istəyirəm ki, bu, neft və ya neft anbarı deyil – bu, qazdır. Bunu həm biz bilirik, həm də türk […]

Cəmiyyət

Vətən müharibəsi qazisi “Adım səhvən şəhid olanların siyahısına düşmüşdü” – VİDEO

Baku TV-də yayımlanan “44 gün” verilişinin növbəti buraxılışı efirə gedib. Verilişdə Vətən müharibəsi qazisi İlham Mehdiquliyev keçdiyi döyüş yolundan danışıb. 44 günlük müharibənin ilk günlərindən cəbhəyə yollanan qazi qeyd edib ki, onun adı səhvən şəhid olanların siyahısına düşüb: “Hərbi hissəyə göndərilən siyahıda mənim də adım var idi. Travmatologiya İnstitutunda olanda mənə zəng edib dedilər ki, […]