Dünya

Şimali Koreya “düşmənin paytaxtını” vura bilən artilleriya təlimləri keçirib

Şimali Koreya Xalq Ordusunun bölmələri Kim Çen Inın rəhbərliyi altında irimiqyaslı artilleriya təlimləri keçirib. Məlumata görə, təlim çərçivəsində Seula zərbə endirməyə qadir olan uzaqmənzilli silahlardan atəş açılıb. Təlimlərdə KXDR Müdafiə Nazirliyinin rəhbəri Kanq Sun Nam və KPA Baş Qərargahının rəisi Li Yonq Gil də iştirak ediblər. Manevrlər “düşmənin paytaxtını hücuma məruz qoyan” uzaqmənzilli artilleriya birləşmələrinin […]

Cəmiyyət

Xəzər rayonunda silah-sursat aşkar edilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə […]

İdman

“Qarabağ” xal qazanıb, Azərbaycan Bolqarıstana yaxınlaşıb

Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb. İdman.biz xəbər verir ki, Azərbaycanın xal hesabı artıb. Buna “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”lə matçı səbəb olub. Evdəki heç-heçə (2:2) sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə edilib. Bununla da Azərbaycanın mövsümdəki qazancı 5,875-ə çatıb. Son 5 ilin nəticələrinə əsasən, […]

Cəmiyyət

Axmaq ərə dözməyən “müqəddəs zülmət”, tanrını gülümsədən məxluqlar: Qadın olmaq necədir? – SORĞU + FOTO

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Sevildiyini hər an hiss edənin də, bircə xoş söz üçün ilin ancaq bu gününü gözləyənin də, təbrik almayanda belə, səbirlə gözləməyi bacaranın da bayramıdır. Qadın olmağın yükünü, sevincini hər kəs bir cür anlayır. Maraqlıdır, bəs Azərbaycan xanımlarının cəmiyyətdəki yeri necə qiymətləndirilir? Oxu.Az-ın əməkdaşı 8 Mart münasibəti ilə […]

Siyasət

Azərbaycan Prezidenti: “XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır”

“XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda ifadə edib. “Dindən siyasi məqsədlər üçün […]

Siyasət

İlham Əliyev: “Ermənistan ərazisində Azərbaycanın İslam tarixi-mədəni irsinin məhvi böyük məyusluq doğurur”

“Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib. Dövlətimizin başçısı məktubunda diqqətə çatdırıb ki, Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini […]

Cəmiyyət

Altı il övlad həsrəti çəkən ana: “Müalicəni davam etdirə bilmirik” – FOTO

Dörd yaşlı Ağarzanın dəstəyə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Könül Cəbrayılova məlumat verib. O bildirib ki, övladı artıq iki ilə yaxındır talassemiya xəstəliyindən əziyyət çəkir. “Övladımın dörd yaşı var, artıq iki ilə yaxındır bu ağır xəstəlikdən əziyyət çəkir. Xəstəliyinin ilk günündən Ağarzanın bütün müalicələrini etmişik. Hazırda müalicəni davam etdirmək üçün maddi gücümüz, demək olar ki, tükənib”. […]

Siyasət

Prezident: “Bu gün Avropa Parlamenti və AŞPA islamofobiyanı təşviq edən platformalara çevrilib”

“Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-islam fəaliyyətini həyata keçirirlər”. AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb. Məktubda qeyd olunub ki, bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı […]

Dünya

Ərdoğanla Zelenskinin harada görüşəcəyi məlum oldu

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda, məşhur Dolmabağça sarayında aparılacaq. İkitərəfli görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılır. Qeyd olunub ki, görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhə səbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Şimal bölgəsinə qar yağdı – FOTO/VİDEO

8 Mart – Beynəlxalq Qadınlar Günündə şimal bölgəsinin sakinləri təbiətin xoş sürprizi ilə qarşılaşıblar. Bizim.media xəbər verir ki, Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qar yağıb. Ən çox qar Qubanın Xınalıq kəndinə yağıb – 6 sm. Xınalıqda, həmçinin 6 dərəcə şaxta qeydə alınıb. Qrız kəndində isə qarın hündürlüyü 3 sm, havanın temperaturu isə mənfi 6 dərəcə olub.  […]