İdman

Peşəkar Futbol Liqasının prezidenti Bakıda əməliyyat olunacaq

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunacaq. Bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. O bildirib ki, bərpa məqsədli cərrahi əməliyyatın martın əvvəllərində baş tutacağı gözlənilir: “Elxan müəllim bərpa mərhələsindədir. Bir neçə gündür ki, həkimlər oturmasına icazə veriblər. Hazırda fizioterapiya ilə […]

Cəmiyyət

Xocalıda girov düşən qadın: “Ermənilərin işgəncə verdiyi hamilənin halını görən həkim öldü” – VİDEO

32 il əvvəl Xocalıda törədilən qətliamın şahidlərindən biri də əslən Axıska türkü olan Mehriban Bəkirovadır. Faciə baş verən gün həyat yoldaşı şəhid olan qadın dörd övladı ilə birgə ermənilər tərəfindən girov götürülüb. “Qız-gəlinlərimizi girov götürdülər, onları məhv etdilər. Hamilə qadının qarnına pişik balası qoyub tikmişdilər. Bakıda həkim həmin qadını o halda görüb öldü”, – deyə […]

Dünya

Hindistanlı fermerlər traktorlarla etiraz marşı keçirirlər – VİDEO

Hindistan fermerləri traktorlarla etiraz marşı keçirirlər və yürüşün son nöqtəsinin Nyu-Delhi olacağını bildiriblər. Fermerlər kənd təsərrüfatı məhsulları üçün minimum alış qiyməti ilə bağlı qanunun qəbuluna nail olmağa çalışırlar. Hindistan hökuməti qarğıdalı, pambıq və paxlalı bitkilər üçün belə qiymətin tətbiq edilməsinə hazır olduqlarını təsdiq etsələr də, etirazçılar bunun daha çox məhsula şamil olunmasını tələb edirlər. Traktor […]

İdman

Azərbaycan karateçiləri beynəlxalq turnirdə üç medal qazanıblar

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində keçirilən “Karate-1” turnirində 3 medal qazanıblar. “Report”un məlumatına görə, beynəlxalq yarışda yığma üzvlərindən ikisi qızıl, biri isə gümüş mükafata yiyələnib. 16-17 yaşlı gənc qızların liqasında Gülay Orucova (59 kq) birinci, oğlanlar arasında Fərid Hacızadə (55 kq) ikinci yeri tutub. 14-15 yaşlı yeniyetmələrin yarışında isə Nəsimi Musayev (70 kq) […]

Dünya

Mauro İkardi cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi “Qalatasaray”ın futbolçusu Mauro İkardini cəzalandırıb. Bu barədə Türkiyə Futbol Federasiyasından açıqlama verilib. Məlumata görə, Mauro İkardi Super Liqada “Ankaragücü” ilə matçda rəqib komandanın azarkeşlərini təhqir etdiyi üçün 1 oyunluq cəzalandırılıb və o, 19 500 lirə (1000 manatdan çox) cərimə edilib. Mənbə: Anadolu Xeberal.az

Siyasət

MDB Hökumət Başçıları Şurasının iclasının tarixi açıqlandı

Mayın 24-də Türkmənistanın paytaxtında MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Bu barədə qurumun İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Birliyə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri fevralın 27-də Minskdə keçirilən iclasda MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təkliflərə baxacaqlar. Qeyd edək ki, MDB Hökumət Başçıları […]

Dünya

Suriyadan Türkiyəyə keçməyə çalışan “Cudi” kod adlı qadın terrorçu ələ keçirildi – FOTO

Suriyadan Türkiyəyə keçməyə çalışan PKK-çı qadın terrorçu ələ keçirilib. PKK/KCK-PYD/YPG təşkilatının üzvü olan, “Cudi” kod adlı Huda El Tumanın Türkiyəyə soxulmaq cəhdi baş tutmayıb. O, Türkiyə Milli Kəşfiyyat Təşkilatının verdiyi məlumatlar sayəsində Suriya müvəqqəti hökumətinin hərbi polisi tərəfindən saxlanılıb və “Barış Pınarı” əməliyyat bölgəsindəki hərbi həbsxanaya göndərilib. Mənbə: Haber Global Xeberal.az

Cəmiyyət

Xocalı soyqırımının qurbanı olan uşaqların xatirəsinə Bakıda 63 ağac əkilib – FOTO

ADA Universiteti və ali məktəbin fondunun birgə təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin həyətində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. “Report” xəbər verir ki, aksiyada ADA Universitetinin tələbələri, müəllim və işçi heyəti, o cümlədən məktəbin şagirdləri iştirak ediblər. Aksiya çərçivəsində Xocalı soyqırımında həlak olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 […]

Cəmiyyət

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatların aparılması zəruridir – RƏY + FOTO

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsinin zəruri və günün tələbi olduğunu bildirib. Deputat “Report”a açıqlamasında qeyd edib ki, 2024-cü il bələdiyyələr üçün əlamətdar ildir. Onun sözlərinə görə, bu il bələdiyyə institutunun yaradılmasının 25 yaşı olur və onlar bu illər ərzində kifayət qədər böyük yol keçiblər: […]