Dünya

İranda etirazlara görə həbsdə olan məşhur boksçunun vəziyyəti pisləşib – FOTO

Təbriz şəhər həbsxanasında saxlanılan və ötən ay cərrahiyə əməliyyatı keçirən idmançı (boksçu) Kərim İsmayılzadənin vəziyyəti ağırlaşıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, əməliyyatdan sonra onda mədə qanaxması baş verib. Təbriz həbsxanasının məsul şəxsləri idmançının ailəsinin ona dərman göndərməsinə mane olmaqla yanaşı, eləcə də həbsxana həkiminin milli fəala dərman yazmasının qarşısını alıblar. […]

Siyasət

“Baş prokurorların Koordinasiya Şurası MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm vektorudur”

“Baş Prokurorların Əlaqələndirmə Şurası çərçivəsində əməkdaşlıq MDB ölkələrində təhlükəsizliyin və asayişin təmin edilməsində əsas amildir”. “Report” xəbər verir ki, bu, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevin MDB-nin iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasına göndərdiyi məktubda əks olunub. Rusiyanın baş prokuroru İqor Krasnov tərəfindən səsləndirilən məktubda şura üzvlərinin təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində məqsədyönlü […]

İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanın regionlarında əsas kapitala investisiyalar 8,9% artıb”

Bu ilin yanvar-iyun aylarında Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nazir qeyd edib ki, regionlarda əsas kapitala yatırılan investisiyaların həcmi 3,1 milyard manat təşkil edib. 2023-cü ilin 1-ci yarımili ərzində regionlarda əsas kapitala #investisiya-lar 2022-ci ilin […]

İqtisadiyyat

Qiymətli daşlardan hazırlanan məmulatların alış-verişində yeni qayda

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək. “Report”un xəbərinə görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli qanun ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilərək qiymətli daşların, qiymətli metalların, o cümlədən […]

Dünya

Ermənistan KİV: Putin Paşinyanın zəngini cavabsız qoyub

Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib. Bu iddia ilə Ermənistanda dərc edilən “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbəsinə istinadən çıxış edib. “Sentyabrın 9-da Ermənistan baş naziri ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstan baş naziri ilə telefon əlaqəsi saxlayıb. Nikol Paşinyan Vladimir Putinlə də əlaqə saxlamağa […]

Siyasət

Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə rüsum azaldılır

Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələri azaldılır. “Report”un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliklə satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə […]

Cəmiyyət

Qazaxda it döyüşləri təşkil edilib

Qazax rayonunda it döyüşləri təşkil edilib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Oxu.Az-ın məlumatına görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində it döyüşləri təşkil edənlərin Qazax rayon sakinləri – G.Gülməmmədov, E.Pirməmmədov və R.Əliyev olması müəyyən edilib. Həmin şəxslərlə profilaktiki söhbət aparılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz davranma) maddəsi ilə protokol […]

İqtisadiyyat

Vüqar Gülməmmədov: “Aşkar edilmiş təhriflərin məbləği 290 milyon manatdan çoxdur”

“Dövlət maliyyəsinin hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri də maliyyə hesabatlarının auditi üzrə müəyyən edilmiş təhriflərdə düzəlişlərin aparılması hesab oluna bilər”. Oxu.Az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, […]

Cəmiyyət

Laçında 32 ildən sonra ilk zəng çalınıb

Laçın şəhərində 32 ildən sonra ilk zəng çalınıb. “Report” xəbər verir ki, Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə Bilik Günü qeyd olunub. Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, digər rəsmi şəxslər, valideynlər, Laçın sakinləri iştirak ediblər. 2 nömrəli tam orta […]

Dünya

Azyaşlı qızın videosunu yayan dörd “Real Madrid” futbolçusu saxlanıldı

İspaniyanın “Real Madrid” klubunun akademiyasının dörd futbolçusu saxlanılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madrid təmsilçisinin gənclər komandalarının üzvləri azyaşlı qızın iştirak etdiyi seksual xarakterli video yaymaqda şübhəli bilinərək saxlanılıblar. Bunlardan biri “Real Madrid Kastilya”, üçü isə C komandasının oyunçularıdır. Sözügedən futbolçuların adı açıqlanmayıb. Klub araşdırma bitdikdən sonra oyunçularla bağlı lazımi tədbir görüləcəyini bildirib. […]