İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracatı niyə azalıb?

“2024-cü ilin yanvar ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22 faiz, real ifadədə 30 faiz azalaraq 222 milyon dollar olub. Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb”. Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb. Deputat qeyri-neft-qaz […]

Siyasət

Prezident: “Qoşulmama Hərəkatına sədrliyimiz dövründə təşkilat daxilində çox səmimi ab-hava yaratdıq”

“Biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdik. Bununla biz həmin təşkilat daxilində çox səmimi ab-hava yaratdıq”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq […]

Siyasət

XI Qlobal Bakı Forumu panel iclasları ilə davam edir

Martın 14-də XI Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirir. AZƏRTAC xəbər verir ki, “Parçalanmış dünyanın bərpası” mövzusunda birinci panel iclasına İsveçrə Beynəlxalq İşlər üzrə Forumun vitse-prezidenti David Cikvadze moderatorluq edir. Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq […]

Siyasət

Azərbaycan Prezidenti: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir”

“Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır”. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, […]

Siyasət

Prezident: “COP29-un keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir”

“COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Azərbaycanın yaşıl keçid sahəsində atdığı konkret addımlar barədə məlumat verən dövlətimizin başçısı bu baxımdan ötən ilin oktyabrında istifadəyə verilən […]

Kriminal

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Ülvi Həsənli və Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin müddəti […]

Cəmiyyət

Nazirlikdən qurumun adında yol verilən yanlışlıqla bağlı AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasının qarşısında asılmış lövhədə yanlışlığa yol verilib. Bildirilib ki, lövhədə “Ekologiya” əvəzinə “Ekalogiya” yazılıb. Yəni “o” hərfi “a” ilə əvəzlənib. Bu isə ciddi qrammatik səhvdir. Məsələ ilə bağlı Bizim.media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, yanlışlıq tezliklə aradan qaldırılacaq. Xeberal.az

Siyasət

İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb

“Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. […]

Siyasət

Serageldin: “Bakı Forumu məxsusi müdrikliyə malik tanınmış insanları bir araya gətirən unikal məkandır”

“Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır və orada onlar təhdidləri azaltmaq və vədləri həyata keçirmək üçün bütün həmin məsələlərlə bağlı öz fikirlərini ifadə edə bilərlər”. AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin martın 14-də Bakıda işə başlayan […]

Dünya

Ərdoğanın qəzaya düşən konvoyunda yaralanan daha bir polis vəfat etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün İdil rayonunda avtomobil qəzasına düşən mühafizə dəstəsindən daha bir nəfər vəfat edib. Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlimat verib. Bildirilir ki, yaralı polislərdən İlker Duranı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb. Bununla da qəzada həlak olan polislərin sayı ikiyə çatıb. […]