Sosial

190 manatlıq birdəfəlik yardım bərpa edilir – RƏSMİ

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi […]

Cəmiyyət

SMS-icazə sistemi yenidən bərpa olundu

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi […]

Gündəm

Dekabrın 14-dən ölkədə karantin sərtləşdirilir

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. XəbərAl.az  həmin məlumatı təqdim edir: Dünya ictimaiyyətinin üzləşdiyi COVID-19 pandemiyasının hazırda növbəti dalğası yaşanmaqdadır. Artıq dünyada 60 milyondan çox yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan yeni növ koronavirusdan həyatını itirib. Pandemiyanın bu mərhələsində virusa yoluxmanın yüksək həddi müxtəlif ölkələrdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunmasını […]

Cəmiyyət

Bakıya giriş-çıxış dayandırılır

14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır. XəbərAl.az xəbər verir ki, bu haqda Operativ Qərargah məlumat yayıb. Qeyd edilir […]

İqtisadiyyat

Mikayıl Cabbarov CAREC-in Nazirlər Konfransında iştirak edib

Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation – CAREC) 19-cu Nazirlər Konfransı onlayn formatda keçirilib. XəbərAl.az xəbər verir ki, Azərbaycanı sözügedən tədbirdə ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. Konfransda qeyd olunub ki, sürətli rəqəmsallaşma və özəl sektorun cəlb edilməsi pandemiyadan sonra iqtisadi bərpa prosesinə dəstək verəcək, […]

Gündəm

Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitlərinin istifadə istiqamətləri açıqlandı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması Fərman imzalayıb. Fərmanla Fondun vəsaitindən istifadə istiqamətləri açıqlanıb. Bildirilir ki, Fondun vəsaiti Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi, hərbi texnika, silah və sursatın alınması, hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi, hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili,  hərbi qulluqçuların […]

Siyasət

Azərbaycan Ordusuna Yardım Fondu yaradılır – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. XəbərAl.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Ordusuna Yardım Fondu yaradılır. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə […]

İqtisadiyyat

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi

Nazirlər Kabinetinin “Aqroservis” ASC ilə bağlı qərarında dəyişikliklər edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq […]

Siyasət

Ərdoğanın Bakı səfəri ilə bağlı planlarında dəyişikliklər olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bu gün deyil, sabah gələcək. Bu barədə TRT xəbər yayıb. Bildirilir ki, bu Türkiyə dövlət başçısının Qarabağdakı atəşkəsdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşü olacaq. Qeyd edilir ki, Prezident Ərdoğanın Bakı səfəri iki gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək, atəşkəs […]

Xarici siyasət

Kürşad Zorlu Bakıda hərbi parada hazırlıq görüntülərini paylaşdı – VİDEO

Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının köşə yazarı, professor Kürşad Zorlu Bakıda hərbi parada hazırlıq görüntülərini paylaşıb. K.Zorlu “Twitter” hesabındakı paylaşıma qeyd edib: “Azərbaycanın paytaxtı Bakının küçələrindən “Nə mutlu türkəm deyənə” səsləri və qəhrəman mehmetçiyimiz… Allah nəzərdən qorusun! Birliyiniz daim olsun!”