Cəmiyyət

FAO əmsalı azalıb: Azərbaycanda da ərzaq ucuzlaşacaqmı? – FOTO

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, FAO əmsalı (ərzaq məhsullarının qiyməti – red.) ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib. Maraqlıdır, ərzaq qiymətlərindəki azalma Azərbaycan bazarına da təsir göstərə bilərmi? İqtisadçı-ekspert […]

Cəmiyyət

Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür – FOTO

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın anım günüdür. Oxu.Az Salatın Əsgərovanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə […]

Kriminal

Bakıda qadınlara qənim kəsilən kişi TUTULDU

Bakıda altı qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar.  Daxil İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı Metropolitenində və Səbail rayonu ərazisində altı qadının ciblərindən və çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər soyğunçuluq və quldurluğa görə məhkum olunmuş Rəfail Bəkirov və yeniyetmə qardaşı müəyyən olunaraq […]

İqtisadiyyat

Azərbaycanda sahibkarların satınalmalar portalından istifadə etməsi üçün rüsumlar müəyyənləşib

Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə Qaydaları”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Eyni zamanda, Nazirlər Kabinetinin 20 dekabr 2021-ci il tarixli “Açıq tender və […]

Cəmiyyət

Vətən müharibəsi qazilərinin kredit borcları silinəcək – AÇIQLAMA

“Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası”nın sədri Zakir Nuriyev bildirib. “Son antiterror əməliyyatları zamanı və onda öncə Vətən müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb. […]

Siyasət

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər […]

Dünya

Acun İlıcalı “Survivor-2024”ə polis basqınından danışdı: “İki ölkənin polisi bir-birinə qarışdı” – VİDEO

Məşhur türkiyəli iş adamı və teleaparıcı Acun İlıcalı “Survivor All Star-2024” proqramının son bölümündə yarışçılara qarşı həyata keçirilən polis əməliyyatı ilə bağlı açıqlama verib. “Məni bir çox hadisələr təəccübləndirib, amma bu, digərlərindən daha maraqlıdır. İndiyə qədər belə bir şey görməmişəm. Telefona zəng gəlir, mənə xəbər verirlər ki, Dominikan polisi əməliyyat keçirib və bizimkiləri aparıb”, – […]

Dünya

Ombudsman: “ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini azadlıqların vəziyyətinə dair hesabatı qərəzlidir”

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) ABŞ Dövlət Departamentinin hazırladığı dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında rəsmi Bakının adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli sayır. Ombudsman açıqlamasında Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslərin sülh və mehribanlıq şəraitində yaşadıqlarını bildirib: “Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində […]

Siyasət

Ombudsman: “ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini azadlıqların vəziyyətinə dair hesabatı qərəzlidir”

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) ABŞ Dövlət Departamentinin hazırladığı dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında rəsmi Bakının adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli sayır. Ombudsman açıqlamasında Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslərin sülh və mehribanlıq şəraitində yaşadıqlarını bildirib: “Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində […]

Siyasət

10 nəfərin prezidentliyə namizədliyi qeydə alınmayacaq – SƏBƏB

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədiyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. “Report”un əldə etdiyi məlumata görə, bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyi qeydə alınmayacaq. Çünki həmin şəxslər yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri MSK-ya təqdim etməyiblər. […]