Cəmiyyət

Vergi orqanlarında xidmətə qəbulla bağlı QADAĞA

Tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş şəxslər vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Xeberal.az

Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edilib ki, “Media haqqında” qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq […]

Cəmiyyət

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqlar

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. “Report”un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəyə […]

Cəmiyyət

HP-nin ötənilki auditindən sonra büdcəyə qaytarılan vəsait açıqlanıb

Hesablama Palatası 2022-ci ilin iş planına uyğun olaraq keçirilmiş nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpasına dair təkliflərlə bağlı qalan 25,5 milyon manatın icrası ötən il davam etdirilib. “Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib. “Həmin məbləğin 17 milyon manatı […]

Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı – FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb. Oxu.Az-ın məlumatına görə, bu barədə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar özünün sosial media hesabından xəbər verib. O, qəza baş verən gündən axtarış işlərinin fasiləsiz aparıldığını və itkin düşənlərin hamısının cəsədi tapılana qədər […]

İdman

Akrobatik zərbə ilə qol vuran qazi: “O an elə bildim ki, ayağım var” – VİDEO

“Mənim üçün 30 illik həsrətə son qoymaq böyük şərəf oldu”. Bu sözləri 44 günlük Vətən müharibəsi qazisi, “Qarabağ” amputant futbol klubunun üzvü Sənan Hacıyev İTV-yə müsahibəsi zamanı deyib. O, müharibə zamanı minaya düşərək sağ ayağını itirdiyini deyib. “Bir müddət özümə qapandım. Ən böyük arzum futbolun əlimdən çıxacağını düşündüm. Amma daha sonra amputant futbol komandasına qoşuldum, burada […]

Cəmiyyət

Bakıda evdə partlayış: Ölən var

Bakıda evdə partlayış olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Burada evlərdən birində qaz sızması nəticəsində partlayış baş verib. Daha sonra evdə yanğın başlayıb. Nəticədə ev sahibi 60 yaşlı İlqar Ağamusa oğlu Əliyev yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Sumqayıtda qanunsuz tikili sökülüb – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu barədə Oxu.Az-a FHN-dən bildirilib. Qeyd edilib ki, bu çərçivədə Sumqayıt şəhərinin Yaşma bağları ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət […]

Cəmiyyət

“Neftçi” 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək

“Neftçi” klubu 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək. “Report”un məlumatına görə, bunu “ağ-qaralar”ın idman direktoru Yens Andersson mətbuat konfransında deyib. İsveçli funksioner hazırda idman qurğusunda işlərin sürətlə davam etdiyini bildirib: “İşçilər indi də çalışırlar. Orada top-komanda üçün gündəlik əməliyyatlarda lazım olan hər cür şərait olacaq. Bazaya böyük investisiya qoymaq cəsarət tələb edir. Məncə, bina […]

Cəmiyyət

Deputatlar vergi orqanının kirayədə yaşayan vəzifəli şəxslərinə kompensasiyanın ayrılmasına razılıq veriblər

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir. “Report”un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə əsasnaməyə ayrıca fəsil əlavə olunur. Bu çərçivədə əsasnaməyə […]