Mədəniyyət

Azərbaycanlı musiqişünas Rusiya Bəstəkarlar İttifaqının üzvü seçildi

Azərbaycanlı bəstəkar, pianoçu və musiqişünas Riad Məmmədov Rusiya Bəstəkarlar İttifaqının üzvü seçilib. Kulis.az xəbər verir ki, Rusiya Bəstəkarlar İttifaqının növbəti iclasında təşkilata yeni üzvlər seçiliblər. Onların arasında soydaşımız, bəstəkar, pianoçu və musiqişünas, caz və klassik musiqi əsərlərinin mahir ifaçısı Riad Məmmədov da var. Riad Məmmədov Bakıda dünyaya gəlib. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının və aspiranturasının […]

Mədəniyyət

Balakəndə 1500 illik məbəd baxımsız qaldı – VİDEO

Balakəndə yerləşən, inşa tarixi V-IX əsrlərə aid olan erkən xristian məbədi baxımsız vəziyyətdədir. Düzbucaqlı formalı, zəng qülləsi olmayan, tək girişli məbədin uzunluğu 7, eni isə 5 metrdir. Məbəd ciddi erroziyaya uğrasa da, günümüzə qədər gəlib çıxıb. Baku TV-nin sözügedən məbəddən hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Mədəniyyət

Motsartın evindən REPORTAJ – FOTO

Zalsburqun köhnə küçələri ilə gəzərkən Qərbi Avropanın turizm marşrutlarında çox məşhur olan skripkalı bir insanın canlı heykəli ilə mütləq qarşılaşacaqsınız. Heykəlin arxasındakı evin fasadındakı yazını oxuduqda dərhal bunun Amadeus Motsart olduğunu təxmin edilir. “Motsartın doğulduğu ev” (Motsart Geburtshause 9) – bu yazı dünyaca məşhur binanın sarı divarındakı lövhədə həkk olunub. Dahi musiqiçinin minlərlə pərəstişkarı və adi […]

Mədəniyyət

Bakıda Kino Forumu başa çatıb – YENİLƏNİB + FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino Forumu başa çatıb. Oxu.Az xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar və media mənsubları iştirak ediblər. İki gün davam edən forum […]

Mədəniyyət

Giyom de Sey: “Azərbaycan film festivalının keçirilməsi istiqamətində addım atılmalıdır”

“Azərbaycan film festivalının keçirilməsi istiqamətində addım atılmalıdır”. Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi” panelində Kann, Venesiya və Berlin festivallarının mükafatçısı prodüser Giyom de Sey deyib. Onun sözlərinə görə, film festivalını Azərbaycana gətirmək mümkündür: “Kino sahəsində dəyərli nümunələr görmək istərdik. […]

Mədəniyyət

Rusiyanın Film Fondunun direktoru: “İstehsal etdiyimiz kinolara maraq dörd dəfə artıb”

“Ölkədə film bazarında inkişaf davam edir”. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunda Rusiya Film Fondunun icraçı direktoru Fyodor Sosnov deyib. Onun sözlərin görə, Rusiya kinosuna maraq son 10 il ərzində 4 dəfə artıb: “Kino sahəsində bir sıra uğurlara imza atılıb”. O, sonda qeyd edib ki, […]

Mədəniyyət

Türkiyənin Kino İdarəsinin müdiri: “Ölkəmizdə hər il 150 film ərsəyə gətirilir”

“Ölkəmizdə hər il 150 film ərsəyə gətirilir”. Oxu.Az verir ki, bunu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsinin müdiri Erkin Yılmaz deyib. Onun sözlərinə görə, son illər Türkiyə bir sıra beynəlxalq layihələrin ölkədə həyata keçirilməsinə icazə verib: “Ötən il 200-ə yaxın beynəlxalq layihə […]

Mədəniyyət

Bakı Media Mərkəzinin icraçı direktoru: “Bir sıra studiyalar filmlərin tərcüməsinə icazə vermir”

“Filmlərin Azərbaycan dilinə tərcümə edilməsini istəyirik”. Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində kinoteatrlarda xarici dildə yayımlanan filmlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı müzakirə zamanı Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev deyib. […]

Mədəniyyət

Taleh Yüzbəyov: “Kino sahəsində hüquqlarımı qoruyan qurum yoxdur”

“Hüquqlarımı qoruyan bir qurum yoxdur”. Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində müzakirə zamanı rejissor Taleh Yüzbəyov deyib. O qeyd edib ki, təxminən iki il öncə kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılmasını təklif […]

Mədəniyyət

Hüseyn Mehdiyev: “Kino haqqında qanun təkmilləşdirilməlidir”

“Kino haqqında qanun təkmilləşdirilməlidir”. Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyev deyib. Onun sözlərinə görə, kino bu gün bürokratik prosesdir: “Ötən gün həmkarlarımız geniş müzakirələr apardılar. Nəzərə almaq […]