Mədəniyyət

Cənubi Qafqazın ən qədim kilsəsi, 20-25 nəfərin dəfn edildiyi məbəd – FOTOREPORTAJ

Kiş kilsəsi Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir.  Tarixçi-salnaməçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərinə görə İsanın din qardaşı Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik edib, sonra isə Kiş adlı kəndə gedərək, orada kilsə tikib. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın ilk xristian kilsəsinin tikildiyi yer, bir çox […]

Mədəniyyət

İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib – YENİLƏNİB + FOTO/VİDEO

Prezident İlham Əliyev Oqtay Mirəsədulla oğlu Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Sərəncama əsasən, O.Mirqasımov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub. 12:57 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib. AZƏRTAC xəbər verir ki, Xalq […]

Mədəniyyət

Dədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət – FOTO

Bu yurdun təbiəti kimi insanları da mənəvi cəhətdən rəngarəng və zəngindirlər. Bu yurdun insanları adət-ənənələrə sadiq, tarixi-mədəniyyətinə bağlıdırlar. Söhbət Şimal-Qərb qapımız Balakəndən gedir. Müxtəlif xalqların əsrlərdir birlik-bərabərlik şəraitində yaşadığı Balakənə hər yolu düşən bu birliyi, vəhdəti elə ilk andan hiss edə, görə bilər. Bizim.media xəbər verir ki, bu birliyin, vəhdətin bir misalı da Dədə Qorqud […]

Mədəniyyət

Reper “Basta” narkotik asılılığı barədə açıq etiraflar etdi – FOTO

“Basta” təxəllüsü ilə tanınan rusiyalı reper Vasili Vakulenko narkotik problemi ilə bağlı açıq etiraflar edib. Musiqiçinin sözlərinə görə, uzun müddət aludəçiliyin öhdəsindən gələ bilməyib. “Narkotiklər mənə çox şey göstərdi və məlum oldu ki, bir insanda xeyirxahlıq, dürüstlük, səmimilik və işıqla bərabər qaranlıq, kin və ölüm ola bilər. Başa düşdüm ki, mənə nəsə olub. Bunun üçün […]

Mədəniyyət

Xurşidbanu Natəvana həsr olunmuş “Milli musiqi” müsabiqəsi layihəsinin bağlanış mərasimi baş tutdu – FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Milli musiqi” müsabiqəsi layihəsi yekunlaşıb. Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatında keçirilən bağlanış tədbirində YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin muğam müəllimi Sevinc Sarıyeva, Azərbaycan […]

Mədəniyyət

Rəşid Behbudovun anım günüdür – FOTO/VİDEO

Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür. Oxu.Az-ın məlumatına görə, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə ailəsində dünyaya gəlib. Sənətkarın atası o dövrün tanınmış xanəndəsi Məcid Behbudalı oğlu, anası isə Qazaxın Yuxarı Salahlı kəndindən olan Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. […]

Mədəniyyət

Orxan Fikrətoğlu işdən çıxıb

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib. Agentlikdən “Report”a bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. O.Sadıqovun yerinə təyinat olmayıb. O, Mədəniyyət Nazirliyinin Kino Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Xeberal.az

Mədəniyyət

Kübra Əliyeva: “Ofeliya həyat yoldaşı Siyavuş Aslandan intiqam almaq istəyirdi” – FOTO/VİDEO

“Siyavuş Aslanın böyük bir səhvi olmuşdu. O, teatrda çalışan bir aktrisa ilə yaxınlıq etmişdi. Bunu da onun həyat yoldaşı Əməkdar artist Ofeliya Aslan bilmişdi. Ofeliya həmin aktrisa ilə səhnəyə çıxırdı. Tərəf müqabili idi. Məsələ böyüdü və onlar boşanmaq həddinə gəlib çatdılar. Ondan sonra isə Ofeliya Siyavuşu bağışlamadı”. Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist […]

Mədəniyyət

Rasim Balayev: “Utanc vəziyyətdəyik”

“Vətən müharibəsindəki qələbədən 3 il keçməsinə baxmayaraq boşluqdayıq”. Metbuat.az xəbər verir ki, bunu Rasim Balayev verilişlərin birində qonaq olarkən deyib. Onun sözlərinə görə, hələ də Vətən müharibəsində iştirak edən, şəhid olan igidlərimizlə bağlı kino sahəsində boşluq var: “Bizim yaralı yerimizdir. Kino sahəsində çox boşdayıq. Biz onları ekrana gətirməliyik. Onların çəkdiyi psixoloji durumları, qəhrəmanlıqları həm bugünkü, həm də […]