Mədəniyyət

İlk dəfə “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi – Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olacaq. Oxu.Az xəbər verir ki, bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir. Sərgidəki eksponatlar vasitəsilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin tarixi, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün […]

Mədəniyyət

Bryus Uillis demensiyadan əziyyət çəkir – FOTO

Məşhur aktyor, prodüser və musiqiçi Bryus Uillisin həyat yoldaşı aktyorun demensiyadan (FTD) əziyyət çəkdiyini, idrak qabiliyyətini getdikcə itirdiyini bildirib. Onun sözlərinə görə, Uillisin vəziyyəti günü-gündən ağırlaşır. Xanım Uillis aktyorun xəstəliyi səbəbindən reallıqdan uzaqlaşa biləcəyini düşünür. Yeri gəlmişkən, Britaniya Milli Səhiyyə Xidməti FTD-ni demensiyanın qeyri-adi forması hesab edir. Məlumata görə, xəstəlik davranışda, nitqdə dəyişikliklərə səbəb olur, […]

Mədəniyyət

Hollivudda beş aylıq etiraz askiyası başa çatdı

Amerika Yazıçılar Gildiyası Hollivud studiyaları ilə ilkin razılığın əldə edilməsi nəticəsində sentyabrın 27-də təxminən beş aylıq tətilinə son qoyduğunu açıqlayıb. “Gildiya ABŞ-nin Kino Filmləri və Televiziya İstehsalçıları Alyansı ilə ilkin razılığa gəlib. Bu gün bizim danışıqlar komitəsi, Qərb Bölməsinin idarəçilər şurası və Şərq Bölməsinin şurası yekdilliklə razılaşmanın lehinə səs verdilər. Tətil gecəyarısı başa çatdı”, – […]

Mədəniyyət

“Balaca Kişilər” tamaşasının nümayişi keçirilib – FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İRƏLİ” İctimai Birliyinin iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Balaca Kişilər” tamaşasının nümayişi keçirilib. Oxu.Az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının 96-cı mövsümündə nümayiş olunan tamaşada dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları, şəhid ailələri və gənclər iştirak ediblər. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı […]

Mədəniyyət

Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını rus dilində çap edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını rus dilində çap edib. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb. Kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunub. Prezident İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi […]

Mədəniyyət

Hindistanlı yoqa müəllimi: “Yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”

“Yoqa xoşbəxtlik elmidir. Yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”. Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş zamanı “CEO Artistic Yoga” məktəbinin ustadı və rəhbəri Nandan Qautam deyib. Onun sözlərinə görə, artistik yoqa 25 il öncə yaradılan yoqa üslubudur: “Artistik yoqa üslubu mənim […]

Mədəniyyət

Məşhur aktrisa Sofi Loren təcili xəstəxanaya yerləşdirildi – FOTO

Dünyanın ən tanınmış aktrisalarından olan Sofi Loren Cenevrədəki evində yıxılaraq ayağını sındırıb. Bu barədə kino ulduzuna yaxın mənbədən xəbər verilib. 89 yaşlı Loren müayinə üçün xəstəxanaya çatdırılıb. Onda bir neçə omba sınığı aşkarlanıb və dərhal əməliyyat olunub. Həkimlərin sözlərinə görə, əməliyyat uğurlu keçib. Qeyd edək ki, Sofi Lorenin sentyabrın 20-də 89 yaşı tamam olub. O, […]

Mədəniyyət

“Nine Senses”in akademik direktoru: “Məkanımız bədəni və ruhu birləşdirir”

“Məkanımız bədəni və ruhu birləşdirir”. Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş zamanı mərkəzin akademik direktoru və festivalın kuratoru Natalya Jukova deyib. Onun sözlərinə görə, məkanın adı təsadüfən seçilməyib: “Məkanın adı doqquz duyğu kimi tərcümə olunur. Bu ad təsadüfən yaradılmadı. Bizim ümumilikdə […]

Mədəniyyət

Azərbaycan təmsilçisi ISESCO Komitəsinə üzv seçilib – FOTO

Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının ISESCO İslam Dünya İrs Komitəsinə (IWHC) üzv seçilib. Bu barədə Azərbaycanın Mərakeş və Seneqaldakı səfiri Nazim Səmədov “X” hesabında yazıb. “Rizvan Bayramovu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının İslam Dünya İrs Komitəsinə (IWHC) Azərbaycandan üzv seçilməsi münasibətilə […]

Mədəniyyət

Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə bilər

25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb. Nazirlikdən verilən xəbərə görə, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə sentyabrın 25-də Doha şəhərinə səfər edib. Adil Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib. Builki […]