Mədəniyyət

Macarıstanın Lakitelek şəhərində Nizami Gəncəvinin büstü açılıb – FOTO

Oktyabrın 19-da Macarıstanın Lakitelek şəhərində yerləşən Hungarikum parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirə fəxri qonaq qismində Milli Məclisin sədrinin birinci müavini, Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli dəvət olunub. Tədbirdə, həmçinin Macarıstan Milli Assambleyasının vitse-spikeri Şandor Lejak, Macarıstanın Mədəniyyət Nazirliyinin Dövlət katibinin müavini Yanoş […]

Mədəniyyət

“Rokki” filminin “Oskar”a namizəd ulduzu vəfat edib – FOTO

“Rokki” filminin ulduzu Bert Yanq 83 yaşında ABŞ-də vəfat edib. Onun ölümünü qızı Ann Moreya Ştayngizer təsdiqləyib. Məlumata görə, aktyor Los-Ancelesdə dünyasını dəyişib. Ulduzun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, 50-dən çox filmdə iştirak edən B.Yanq əsasən “Rokki”də boksçu Rokki Balboanın dostu və qaynı Poli Pennino obrazı ilə məşhurlaşıb. O, 1977-ci ildə birinci hissədəki performansına görə “Ən yaxşı […]

Mədəniyyət

“Qəribə şeylər”in ulduzu serialın dostları ilə yaratdığı problemlərdən danışdı – FOTO

“Qəribə şeylər” (“Stranger Things”) serialının ulduzu Milli Bobbi Braun məşhurluğun həyatına gətirdiyi çətinliklərdən danışıb. Britaniyalı aktrisa erkən şöhrətə görə etibar problemi yaşadığını etiraf edib. O, uşaqlıqdan diqqət mərkəzində olduğu üçün tez-tez görünüşünə və hərəkətlərinə görə tənqid olunduğunu da bildirib. Milli Braun bu cür təzyiqin onun emosional vəziyyətinə çox mənfi təsir etdiyini və psixi sağlamlığını korladığını, […]

Mədəniyyət

Nizami Kino Mərkəzində “Oğul” sənədli filminin nümayişi olub – FOTO

Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı […]

Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Xalq artistləri Fidan və Xuraman Qasımovalar ilə görüş keçirilib – FOTO

Oktyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Oxu.Az xəbər verir ki, tədbirin qonaqları Azərbaycan Respublikasının Xalq artistləri Fidan Qasımova və Xuraman Qasımova olublar. Ümumilikdə 100-dən çox gəncin iştirakı ilə keçirilən görüşün əvvəlində ümummilli lider Heydər Əliyev və vətənimizin azadlığı […]

Mədəniyyət

Multikulturalizm Mərkəzində tat dilində “Əli və Nino” kitabının təqdimatı olub – FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən tat dilinə tərcümə edilərək çap olunan “Əli və Nino” kitabının təqdimatı keçirilib. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman kitab haqqında məlumat verib. Bildirib ki, Mərkəz yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin […]

Mədəniyyət

Türkiyəli məşhurun toyu Bakıda olacaq

Türkiyəli müğənni-aktrisa Öykü Gürman nişanlısı, biznesmen Fatih İçmeli ilə nikah masasına oturmağa hazırlaşır. Axşam.az xəbər verir ki, cütlük toyunu Azərbaycanda etmək qərarına gəlib. Bu haqda türk mediası xəbər yayıb.  Bildirilib ki, Öykü və Fatih bir gün sonra Bakıda toy edəcəklər. Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi etmişdi. Daha sonra ailə arasında […]

Mədəniyyət

Füzuli Şəhəri Günü ilə bağlı atəşfəşanlıq olub – FOTO/VİDEO

Füzuli şəhəri günü münasibətilə atəşfəşanlıq olub. APA xəbər verir ki, şəhər günü ilə bağlı proqram iki hissədən ibarət olub. Birinci hissədə 8 guşədən ibarət “Füzuli hücrələri” adlı bədii kompozisiya, həmçinin ümummili lider Heydər Əliyevə, Məhəmməd Füzuliyə, “Yedditəpə kurqanlar” abidəsinə, “Azərxalça”ya aid sərgilərlə yanaşı, konsert proqramı və meydan səhnəciyi nümayiş olunub. Daha sonra proqramın ikinci hissəsi başlayıb. […]

Mədəniyyət

İtkin düşmüş şəxslərlə bağlı filmin təqdimatı olub – FOTO

İtkin düşmüş şəxslərlə bağlı çəkilən “Coğrafiya müəllimi” adlı qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib. Oxu.Az xəbər verir ki, “Cinema Plus” kinoteatrlar şəbəkəsində təşkil olunan təqdimatda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, sənədli filmdə yer almış şəxslər, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Qısametrajlı bədii-sənədli film I Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə […]