Mədəniyyət

Moskvada Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib – FOTO

Oktyabrın 29-da Moskva yaxınlığındakı “Crocus City Hall”da SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Oxu.Az xəbər verir ki, konsertdə Lev Leşenko, Qriqori Leps, Valeriya, Emin, Aleksandr Serov Maqomayevin sevilən mahnılarını ifa ediblər. Bundan əlavə, Vladimir Vinokur, Zara, “Zemlyane” qrupu, Aleksandr Panayotov, “A`Studio”, Denis Klyaver, Askar Abdrazakov və başqaları da tədbirdə […]

Mədəniyyət

“Parabüzən” sənədli filmi – TAM VERSİYA

1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı çəkilən “Parabüzən” qısametrajlı sənədli filminin təqdimatı olub. Filmin ideyası “Report” İnformasiya Agentliyinə məxsusdur. Ekran əsəri “Global Media Group”un maliyyə və texniki dəstəyi ilə ərsəyə gəlib. Filmin direktoru Fuad Hüseynəliyev, quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri İmdad Əlizadə, operatoru Ağa Nağıyev, montajçı […]

Mədəniyyət

Teatrlarımız Zəfər Gününə necə hazırlaşırlar? – VİRTUAL SƏYAHƏT

Qarabağ savaşı Azərbaycanın çoxcildli tarixinin əsas kitablarından biridir. 44 günlük İkinci Qarabağ savaşı isə Zəfər sevinci və təntənəsi ilə bu kitabın ən vacib fəsli, ən önəmli səhifəsidir. Bu savaş bizi dünya qarşısında alnıaçıq, üzüağ etdi, mənəvi kimliyimizi yenidən təsdiq etdi, xor baxanların gözünə dik baxdırdı. Bu tarixi savaşın möhtəşəm qələbəsi – Zəfər gününün ərəfəsindəyik. Məlumdur […]

Mədəniyyət

Məşhur rusiyalı aktrisanın qızı sevgilisi ilə Bakıda dincəlir – FOTO

Məşhur rusiyalı aktrisa Anastasiya Zavorotnyukun böyük qızı Anna sevgilisi ilə birlikdə Bakıda dincəlir. Bu barədə 26 yaşlı model özünün “Instagram” hesabından xəbər verib. O, Azərbaycana səfəri ilə bağlı ilk təəssüratlarını belə bölüşüb: “Hava gündə beş dəfə dəyişir! Mən yəqin heç vaxt bir neçə saat ərzində bu qədər paltar soyunub-geyinməmişəm. Soyuq küləyə görə olur, o, burada […]

Mədəniyyət

“Fəryad 2”nin premyerası “Korkut Ata” film festivalında olacaq

“Həyat, deyəsən, gözəldir” (“Fəryad 2”) filminin premyerası “Korkut Ata” film festivalında olacaq. Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti Vaqif Mustafayevin çəkdiyi, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı şanlı qələbəyə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filminin dünya premyerası 1-5 noyabr […]

Mədəniyyət

Bolqarıstanlı məşhur aktrisa evində qəddarlıqla öldürülüb – FOTO

Tanınmış aktrisa Violeta Doneva Bolqarıstanın paytaxtında mənzilində qətlə yetirilib. Bildirilir ki, 79 yaşlı aktrisadan bir neçə gün xəbər ala bilməyən yaxınları polisə şikayət ediblər. Bundan sonra onun Sofiya şəhərindəki evinə baxış keçirən hüquq mühafizəçiləri qadının meyitini tapıblar. Onun bədənində zorakı ölüm əlamətləri aşkarlanıb. Hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu aşkarlanan yaxın qohumlarından biridir. Qeyd edək ki, […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” adlı fotosərgi açılıb – FOTO

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb. AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya “Çağırışın […]

Mədəniyyət

Ekspertlərdən Çingiz Abdullayevin müxbirə verdiyi cavaba REAKSİYA: “İzah etsin, üzr istəsin” – VİDEO

Ekspertlər Çingiz Abdullayevin müxbirə verdiyi cavabı şərh ediblər. Mövzu ilə bağlı açıqlama verən “Global Media Group”un media direktoru Həmid Həmidov Ç.Abdullayevin müxbirlə kobud danışmasını sərt tənqid edib: “Çingiz müəllimə kim icazə verib ki, jurnalistə belə sözlər desin. “Utanmırsan, ölmürsən, yerə girmirsən” – bunlar küçə sözləridir. Gözləyirdim ki, bir neçə saatdan sonra “Facebook”da nəsə yazsın, olanları […]

Mədəniyyət

Azərbaycanın Xalq artisti Qremmi mükafatına namizəd seçildi – FOTO

Beynəlxalq Qremmi mükafatının 2023-cü ilin siyahısına daxil olan albomlar seçiminin nəticələrinə əsasən “Fikrət Əmirov 100” albomu Grammy Səsyazma Akademiyasının Lonqlist siyahısına daxil olub.  Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, gələcək nəticələrdən asılı olmayaraq artıq pianoçu Yeganə Axundova “Grammy balloted” artist adını qazanıb. Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” diski […]