Dünya manset

ABŞ-dan biabırçı əməliyyat: 13 dinc sakin öldürüldü

ABŞ liderliyində koalisiya qüvvələri və YPG/PKK terror təşkilatı Suriyanın Deyr əz Zor qəsəbəsində İŞİD üzvünə qarşı əməliyyat keçirən zaman 13 dinc sakini öldürüb. XeberAl.az xəbər verir ki, ABŞ-ın Suriyada əsas müttəfiqi olan PKK-nın törəmə şəbəkəsi və anti-İŞİD koalisiya qüvvələri gecə saatlarında İŞİD terrorçusunu yaxalamaq üçün hava əməliyyatına başlayıb. ABŞ-a məxsus helikopterlərlə Tikhi bələdiyyəsinə gələn YPG […]

Cəmiyyət manset

Ali Baş komandan tapşırıq verdi: Hərbi hissələr yoxlanılır/Foto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır. Bu barədə XeberAl.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. İyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin […]

Dünya manset

Türk gəmisinə hücum – 10 nəfər əsir götürüldü

Qvineya körfəzinin Nigeriya sahillərində “Paksoy-1” adlı türk gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb. XeberAl.az  xəbər verir ki, gəmidəki heyətin 10 üzvü əsir alınıb. Məlumatda qeyd edilir ki, gəminin personalı türkdür və hadisə iyulun 13-də baş verib. Gəmiyə hücum zamanı yaralanma və ölüm faktı qeydə alınmayıb. Hazırda gəmi personalının azad buraxılması üçün danışıqlar aparılır. O da […]

Hadisə Manşetüstü

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Həmkəndlisini çayxananın həyətində DOĞRADI

Füzuli rayonunda qətl hadisəsi baş verib. Füzuli rayon polis şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu […]

Manşetüstü Şou-Biznes

“Görür ki, tək pul vermirlər, deyir qrup şəklində…” – Anardan SƏRT AÇIQLAMA – FOTO

“Həmişə istəyir öndə çəkilsin. Üstəlik də toya gedəndə görür tək ona pul vermirlər, deyir ki, “Yox, qrup şəklində də gələ bilərəm”. Ya qrupdan çıx, ya qrupun adını çəkmə”. “Hər şey daxil”in efirində prodüser Anar Mədətov müğənni Ceyhun Qala barəsində etdiyi bu açıqlaması ilə növbəti qalmaqalın əsasın qoyub. Aparıcı Tarix Əliyev (Tolik) prodüserə “Kimi demək istəyirsən […]

İqtisadiyyat Manşetüstü

Qənd və şəkərin qiyməti kəskin düşdü – Bu ÖLKƏDƏ

Rusiyada qənd və şəkərin qiymətində kəskin düşmə müşahidə edilir. XeberAl.az Trend-ə istinadən xəbər verir ki, Şəkər İstehsalçıları Assosiasiyasının başçısı Andrey Bodin bunu normal saymır. Belə ki, məhz yay mövsümündə Rusiya bazarlarında şəkərin qiyməti əsasən baha olub. Onun sözlərinə görə, 2016-ci ilin iyun ayında qəndin 1 kiloqramı 45, 1 rubl, 2018-ci ildə 32, 8 rubl olduğu […]

Manşetüstü Mədəniyyət

Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir

Bakıda “Dreamland Golf Club Baku” kompleksinin ərazisində Dünya İslam Kulinariya Konqresi keçirilir. Konqres Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə baş tutub. AMKA prezidenti Tahir Əmiraslanov bildirib ki, konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir: “Bu tədbirdə 25 […]

manset Siyasət

Deputatdan şok Keşikçidağ açıqlaması: Son xəbərdarlıq…

Düşünürəm növbəti belə təxribat olarsa, sərhəd pozucuları həbs olunmalı, barələrində cinayət işi başlanmalıdır. Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik. XeberAl.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən gün Gürcüstanla sərhəddə yaranmış insidentlə bağlı Moderator.az-a açıqlamasında deyib. “Çox təəssüf ki, bizim səbrli davranışımız zəiflik kimi qiymətləndirilir. […]

manset Siyasət

XİN vitse-prezidentin adını arzuolunmaz şəxslər siyahısından çıxardı

Polşa Respublikasının vətəndaşı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Paremba Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. XeberAl.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, məktubunda Tomaş Paremba Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və […]

Cəmiyyət Manşetüstü

Məktəblilər “Bakcell”in qonağı oldu-FOTOLAR

Məktəblilər “Bakcell”in qonağı oldu Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin ofisində “Dərs Evi” tədris mərkəzinin keçirdiyi “Yaaay!” proqramının iştirakçıları ilə görüş keçirilib. Proqramda iştirak edən məktəblilər Bakcell şirkətinin Əlaqə Mərkəzinə səfər edib, 7×24 rejimində fəaliyyət göstərən mərkəzin iş prinsipi ilə tanış olub, operatorların abunəçilərlə danışığını izləyib, abunəçilərlə ünsiyyət qaydaları […]