Cəmiyyət Manşetüstü

Dövlət qulluğuna qəbul üçün imtahan keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir. DİM-dən XeberAl.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 383, BB qrupu üzrə 1118 […]

Hadisə Manşetüstü

Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb

Qaradağ rayonunda döyülmə hadisəsi baş verib. XeberAl.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Günel Əhmədova işlədiyi kafedə müştərilərlə mübahisə edib. Nəticədə o iki naməlum kişi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkən bu barədə Qaradağ Rayon Polis İdarəsinə şikayət edib. Faktla bağlı araşdırma aparılır.

Hadisə manset

Neftçalada 24 yaşlı gənc toyda iştirak etdikdən sonra özünü asıb

Neftçalada 24 yaşlı gənc intihar edib. XeberAl.az-ın məlumatına görə, Neftçala rayonunun Bala Surra kənd sakini 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu həyətlərindəki yeni tikilən hamamda özünü asaraq intihar edib. Meyit səhər saat 08.00 radələrində aşkar edilib. İlkin məlumata görə,  S. Ələkbərov dünən axşam toy mərasimində iştirak edib, toy mərasimindən qayıtdıqdan sonra intihar edib. S. Ələkbərov subay […]

Dünya Manşetüstü

Amerikalı aparıcı təyyarə qəzasında öldü

Amerikalı aparıcı Nensi Parker Yeni Orleanda təyyarə qəzası nəticəsində ölüb. XeberAl.az xəbər verir ki, qadın havada çətin manevrlər edən pilot haqqında reportaj hazırlayırmış. Teleşirkətin məlumatına görə, reportajın qəhrəmanı da aviaqəzada ölüb. Bildirilir ki, təyyarə Yeni Orlean aeroportu yaxınlığındakı sahəyə düşüb. Hazırda qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Dünya manset

Putin və Makron görüşünün önəmi – Ukrayna böhranı

Rusiya və Fransa prezidentləri arasında baş tutacaq görüş Ukraynanın cənub-şərqində durumu sabitləşdirə bilər. XeberAl.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Yuri Rubinski deyib. “Ukraynada hakimiyyət dəyişdi. Yeni idarəçilik Normandiya formatını bərpa etmək niyyətini ifadə edir. Hansı ki, bu formatın da təşəbbüskarı elə Fransadır. Hər iki lider (Putin və Makron) Minsk razılaşması ilə bağlı […]

Dünya manset

İsrailin baş naziri Ukraynaya səfər edəcək

İsrailin Baş Naziri Benyamin Netanyahu bazar günü Ukraynaya səfər edəcək. O, Ukraynada Prezident Vladimir Zelenski ilə görüşəcək, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini yad edəcək. XeberAl.az xəbər verir ki, səfər avqustun 18-20-nə planlaşdırılır. Xatırladaq ki, Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun bu ilin yanvar ayında İsrailə rəsmi səfəri çərçivəsində iki ölkə arasında azad iqtisadi və ticarət zonasına […]

Cəmiyyət Manşetüstü

Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. XeberAl.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində […]

Hadisə manset

Şəmkirdə evdə yanğın olub, 2 yaşlı uşaq ölüb, ana və nənəsi xəsarət alıb

Şəmkirdə yaşayış evində yanğın baş verib. XeberAl.az-ın məlumata görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Ümumi sahəsi 30 kvadratmetr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı evdə olan […]

Dünya manset

Daha bir ərəb ölkəsi qarışır: İki siyasi fəal edam edildi

Bəhreyndə iki siyasi fəalın edam edilməsi ölkə daxilində olduğu kimi, beynəlxalq təşkilatların da narazılığına səbəb olub. XeberAl.az xəbər verir ki, siyasi fəallar Əli əl-Ərəb və Əhməd əl-Melal kütləvi aksiyalara rəhbərlik edərək hökumətdən islahatlar aparmasını tələb edirdilər. Onlar terrorçularla əməkdaşlıqda ittiham edilərək ölüm hökmünə məhkum edilmişlər. Məhkəmənin qərarı özünü gözlətmədən icra edilib ki, bu da ölkədə etirazlara […]

Hadisə Manşetüstü

Ucarda “sirli varlıq” peyda oldu: Kənd sakinləri təşvişdədir

Bir neçə gündür ki, Ucar rayonunun Çiyni kəndinin sakinləri arasında kənddə qulyabaninin dolaşması ilə bağlı ciddi təşviş yaranıb. Kəndlilər kəndin gah bu, gah digər tərəfində gözə dəyən həmn əcaib canlının nə olduğunu bilmirlər. Hətta “qulyabani” adını eşidib halı pisləşən, təcili tibbi yardıma müraciət edən də var. İş o yerə çatıb ki, kəndin kişiləri gündüz saatlarında […]