Dünya manset

Şoyqu ABŞ-ı təhdid etdi: Raketləriniz…

Rusiya dialoqa hazırdır və Avropa və Asiyada raketlər yerləşdirilməyəcəyi təqdirdə simmetrik cavab verməyəcək. XeberAl.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. “Əgər siz razılaşmaq istəyirsizsə, onda gəlin razılaşaq. Amma əgər belə bir arzu yoxdursa, yalan danışmaq lazım deyil və demək lazımdır ki, biz artıq razılaşmaq istəmirik, raketləri Asiya və digər regionlara yerləşdiririk. Amma […]

Dünya manset

Futbola baxan “saqqallı” qızlar saxlanıldı

İranda futbol oyununu izləmək istəyən 6 qız süni bığ və saqqal yapışdıraraq stadiona daxil olub. XeberAl.az xəbər veri ki, əvvəlcə heç kim onların qız olduğunun fərqinə varmayıb. Sonradan planları üzə çıxan qızlar yerli polis tərəfindən saxlanılıb. Məlum olub ki, onlardan biri jurnalistdir. İran qanunlarına əsasən, qadınların stadionda futbol matçını izləməsi qadağandır. Bu səbəbdən həmin qızlar inzibati […]

Cəmiyyət Manşetüstü

Bakı metrosunda sərnişinin halı pisləşib

Bakı metrosunda orta yaşlı qadının halı pisləşib. XeberAl.az  xəbər verir ki, hadisə “28 May” və “Nizami Gəncəvi” metrostansiyaları arasında hərəkət edən qatarda baş verib. Qatar “Nizami Gəncəvi” stansiyasına çatdıqdan sonra, qadın vaqondan düşürülərək tibb işçilərinə təhvil verilib. Hazırda qadına tibbi yardım göstərilir.

Cəmiyyət manset

Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür – FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramı günüdür. XeberAl.az xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür. 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik […]

İdman Manşetüstü

“Mançester Siti” “Tottenhem”lə heç-heçə edib

“Mançester Siti” futbol üzrə İngiltərə Premyer Liqasının II tur matçında London “Tottenhem”i ilə heç-heçə edib. XeberAl.az xəbər verir ki, Mançester şəhərində keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Ev sahiblərinin heyətində Rahim Sterlinq və Serxio Aquero fərqlənib. Qonaqların qollarını Erik Lamela və Lukas Moura vurub. “Mançester Siti” üçüncü turda səfərdə “Bornmut”la qarşılaşacaq, “Tottenhem” “Nyukasl Yunayted”i […]

Dünya manset

Əfqanıstanda partlayış zamanı 11 nəfər həlak olub

Əfqanıstanda partlayış törədilib. Bu barədə XeberAl.az  RİA “Novosti” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə Balh əyalətinin Daulat Abad dairəsində qeydə alınıb. Yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 11 nəfər həlak olub. “Nəqliyyat vasitəsi güclü bomba ilə partladılıb. Biz hətta meyitləri tanıya bilmirik. Ölənlərdən 5-i bir ailənin üzvləridir”, – deyə dairənin rəhbəri Məhəmməd Yusuf agentliyə bildirib.

Cəmiyyət manset

Polis olmaq istəyənlər, DİQQƏT – Müsabiqə elan edildi

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə (polisə ictimai dəstək) xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN-dən XeberAl.az-a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən 25-dək, boyu 170 (qadınlar), 180 (kişilər) santimetr və yuxarı olan, özü və yaxın qohumları […]

Dünya manset

Nyu-Yorkda təyyarə yaşayış binasına çırpıldı

ABŞ-ın Pokipsi şəhərində (Nyu-York ştatı) “Cessna 303” təyyarəsi yaşayış binasına çırpılıb. XeberAl.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya İdarəsindən bildiriblər. Məlumata əsasən, təyyarədə 3 nəfər olub. Qəza nəticəsində ölənlərin olub-olmadığı barədə məlumat verilmir. Bildirilir ki, qəza ilə bağlı araşdırma aparılır.

Dünya manset

Qazaxıstanda sutka ərzində ikinci zəlzələ oldu

Qazaxıstanın cənub-şərqində Almatı vilayətində yerli vaxtla saat 9:12-də 4,9 maqnituda gücündə zəlzələ baş verib. XeberAl.az xəbər verir ki, bu barədə ölkənin seysmoloji təcrübə-metodik mərkəzi məlumat yayıb. Daha əvvəl Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsi həmin regionda, Almatıdan 145 kilometr şimal-şərqdə saat 05:07-də 5,4 bal gücündə zəlzələ olduğu barədə məlumat verib. Jarkent şəhərində yeraltı […]

Dünya manset

Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?

20 il öncə – 1999-cu ilin 17 avqust tarixində Türkiyənin Mərmərə regionunda 7,5 bal gücündə baş verən dəhşətli zəlzələ ilə bağlı bu günə kimi müxtəlif ağlasığmaz versiyalar səsləndirilib. XeberAl.az xəbər verir ki, o dönəm baş nazir olmuş Bülənt Əcəvit bu zəlzələnin hərbi hücum ola biləcəyi ehtimalının araşdırılması üçün tapşırıq vermişdi. Əcəvitin vəfatından sonra Fövqəladə Vəziyyətlərə […]