Cəmiyyət Manşetüstü

Rəşad Atakişiyevin adından istifadə edib… – Xanımından müraciət

İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin ailəsi ictimaiyyətə müraciət edib.  XəbərAl.az xəbər verir ki, mərhum pilotun qardaşı Nicat Atakişiyev kiminsə Rəşad haqqında insanlarda yalnış fikir formalaşdırmaq və insanların sevgisindən istifadə etmək istədiyini qeyd edib: “Kimsə Rəşad Atakişiyevin həyat yoldaşı […]

Cəmiyyət manset

4G “Nar” şəbəkəsi artıq Zərdabda!

4G “Nar” şəbəkəsi artıq Zərdabda! Abunəçilərini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar” bütün ölkə ərazisində əhatə dairəsini genişləndirməyə davam edir. Mobil operator daha bir rayonda –Zərdabda ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyasını quraşdırıb. Bununla da, “Nar” 4G texnologiyalı baza stansiyalarını Azərbaycanın 54 regionunda quraşdırmağa nail olub. Hazırda mobil operatorun regionlarda quraşdırdığı 4G […]

Cəmiyyət Manşetüstü

Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu

Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən “Nar”, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün Göyçayda keçiriləcək Nar Festivalında iştirak imkanı təqdim edən müsabiqəni yekunlaşdırıb. Mobil operatorun rəsmi Facebook və İnstagram səhifələrində keçirilmiş müsabiqə sosial media istifadəçilərinin böyük marağına səbəb olub. Qeyd edək ki, verilmiş məntiqi tapşırığı […]

manset Siyasət

Şeyx İlham Əliyevə təşəkkür etdi

Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib. XəbərAl.az məktubun mətnini təqdim edir: “Möhtərəm cənab Prezident! Qafqaz bölgəsi dindarlarının arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərimizə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram. 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətimin 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən dövlətin ən […]

Dünya manset

“Rus NATO-su”nun Bakıya münasibəti… – Borisov açıqladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun alınması təkcə Azərbaycana aid deyil. XəbərAl.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib. “KTMT hər zaman SSRİ-nin keçmiş respublikalarıyla əməkdaşlığı alqışlayacaq. Biz nə zamansa vahid ailə olmuşuq. Bizim ortaq olan çox şeyimiz var. Bütün KTMT ölkələri və xüsusən də Azərbaycanla hərbi-texniki əməkdaşlıqla bağlı çox balanslı […]

Kriminal Manşetüstü

Yaponçik Bakıda tutuldu

Bakıda “Yaponçik” adı ilə tanınan kriminal avtoritet saxlanılıb. Bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Sentyabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər oğurluqda şübhəli bilinən 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlayıblar. Onun idarə etdiyi KİA markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib. Bundan əlavə, saxlanılan şəxsin […]

İqtisadiyyat Manşetüstü

XİN başçısı: “Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadədə maraqlıdır”

“Özbəkistan dünya bazarlarına çıxmaq üçün Gürcüstanın tranzit infrastrukturundan, xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə maraqlıdır”. XəbərAl.az xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Abduləziz Kamilov gürcü həmkarı David Zalkaliani ilə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Özbəkistan həmçinin Gürcüstanın Batumi, Poti və Anaklia limanlarına da maraq göstərir. XİN başçısı deyib ki, Gürcüstan və Özbəkistanın bir sıra […]

Dünya Manşetüstü

Kabildə partlayış baş verib, 4 nəfər ölüb

Kabildə xüsusi hərbi qüvvələr bazasının yaxınlığında törədilən partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin 4 qulluqçusu ölüb, 3-ü isə xəsarət alıb. XəbərAl.az “TOLO News”a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü Ruhulla Əhmədzai bildirib. Terrorçu kamikadze tərəfindən törədilən partlayışdan sonra ərazidə atışma olub. Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Hadisə Manşetüstü

Bakıda “Prado” “QAZel”ə çırpılıb – FOTO

Bakıda yol qəzası baş verib. XəbərAl.az-ın xəbərinə görə, hadisə paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, “Toyota Land Cruiser Prado” markalı, 90 XP 170 dövlət qeydiyyatı nişanlı minik avtomobili hərəkətdə olarkən qəfil idarəetməni itirərək “QAZel” markalı 90 CX 983 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hər iki maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma […]

İdman Manşetüstü

“Qarabağ” klubu UEFA-nın azarkeşlərlə bağlı hesabatında birinci yeri tutub

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşlərinin ən aktiv olduğu klubun adını açıqlayıb. XəbərAl.az xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudur. Ağdam komandasının izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya “Srvena Zvezda”sı dayanır. Hollandiyanın “Ayaks” klubu isə 3-cü sıradadır. Sosial şəbəkələrdə […]