Cəmiyyət manset

Prezident Mehriban İmanovaya vəzifə verdi

Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib. Qeyd edək ki, M.İmanova Bakı Dövlət Universitetinin (BDU) dosenti, riyaziyyat üzrə fəlsəfə doktorudur.

Manşetüstü Sosial

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

Bakıda sürücü tərəfindən təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin polisi tutduğu vəzifədən azad edilib. XəbərAl.az Oxu.Az-a istinadən xəbər verir ki, Mehdi Səlimov yaşa görə təqaüdə göndərilib.Qeyd edək ki, bir müddət əvvəl taksi sürücüsü Fəxrəddin Nəsirov ona protokol yazan Mehdi Səlimovu təhqir etmişdi. O, 15 gün müddətində həbs edilmişdi.

Hadisə manset

Salyanda 67 yaşlı qadını çaqqal dişlədi

Bu gün günorta saatlarında Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən həyətlərdən birinə girən çaqqal yaşlı ev sahibəsini dişləyib. XəbərAl.az-ın məlumatına görə, 1952-ci ildə anadan olmuş Gülzar Şiralı qızı Məmmədova öz həyətində iş görərkən qəflətən çaqqalın hücumuna məruz qalıb. Əlindın xəsarət almış qadın Salyan Mərkəzi Rayon Xəstəxanasında quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicəyə buraxılıb.Yerli sakinlər […]

Kriminal Manşetüstü

Bakıda İYRƏNC OLAY! Azyaşlı oğlana təcavüz edildi

Bakıda azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. XəbərAl.az xəbər verir ki, Ehtibar Rza-zadə adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı oğlan – M.Ə-yə (ad, soy ad şərtidir) təcavüz edib. Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan E.Rza-zadə barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində […]

Manşetüstü MARAQLI

Yatdığı yerdə milyonlarla dollar qazanır: dünyanın ən qəribə peşəsi – FOTOLAR

35 yaşlı instaqram fenomeni Aleks Şannon dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən hotellərdə yataq pozaları çəkərək izləyiciləri ilə bölüşür. XəbərAl.az xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində yaşayan Aleks 10 illik karyerasına son qoyub xəyallarını gerçəkləşdirməyə qərar verib. İki il öncə “yuxunu təqib et” anlamına gələn “followthenap” adlı instaqram hesabı açan fenomen profilində lüks hotel otaqlarında çəkdirdiyi […]

Manşetüstü Mədəniyyət

“Bizim Cəbiş müəllim” filmindəki meyxananın müəllifi açıqlandı – 50 İLDƏN SONRA – FOTO

1968-ci ildə görkəmli rejissorumuz Həsən Seyidbəylinin ekranlaşdırdığı “Bizim Cəbiş müəllim” filmində məşhur meyxana səhnəsi var. Ötən həftə bu filmlə bağlı bir veriliş çəkildi. Həmin proqramda da şahidi oldum ki, filmdə bizim söylədiyimiz və 50 ildir unudulmayan məşhur meyxananın müəllifi ilə bağlı müxtəlif ziddiyyətli fikirlər dolaşır. Hər kəs o meyxananın kiməsə aid olduğunu iddia edir. Bilirsiniz, […]

Kriminal Manşetüstü

İŞİD-ə pul göndərən azərbaycanılılar danışdı – Ziddiyyətli ifadələr

Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. XəbərAl.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs Sahil İbrahimov ifadə verib. O bildirib ki, qardaşı Samir Suriyada olan zaman bir neçə […]

manset Tədbirlər

Generallar bir arada – İclas

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin sonunda təlimlərin və 2019-cu ilin doqquz ayının yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib. XəbərAl.az  xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla […]

Dünya manset

Rusiya və NATO təyyarələri havaya qalxdı – AVROPADA GƏRGİNLİK

Rusiya Hərbi Hava Qüvvələrinin Tu-160 tipli kəşfiyyat təyyarələri Baltik dənizi üzərində uçuşlar həyata keçirib. XəbərAl.az xəbər verir ki, Belçika, Danimarka və Polşanın F-16 qırıcıları rus təyyarələrini 7 saat ərzində müşayiət və müşahidə edib. Daha sonra Finlandiyanın F-18 tipli təyyarələri də Rusiya təyyarələrini izləmək üçün havaya qalxıb. Ardınca İsveçin JAS-39 Gripen təyyarəsi axına qoşulub. Rusiya Müdafiə […]